Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Fu Məzi" yazan gənc təcridxanada döyülüb? - Ombudsmana şikayət

Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısındakı divara "Fu Məzi" yazdıqdan sonra ikinci dəfə həbs olunan ictimai fəal Fuad İsmayılovun təcridxanada döyüldüyü iddia olunur...

Bu barədə məlumat verən yaxınlarının sözlərinə görə, döyüldüyünü F.İsmayılov özü iyunun 23-də anasıyla telefonla danışarkən ona deyib.

Mayın 22-dən həbsdə olan F.İsmayılov Binəqədidə inzibati qaydada həbs olunanların saxlandığı təcridxanada cəza çəkir.

Yaxınları deyir ki, əvvəl o, həftədə bir dəfə ailəsiylə əlaqə saxlasa da, son 10 gündə ondan heç bir xəbər ala bilmirdilər. Bu durumdan narahat olan anası iyunun 23-də təcridxanaya zəng edib, narahatlığını çatdırıb: "Anasının çox həyəcanlı olduğunu görüb, Fuad İsmayılovla danışmağa imkan yaradıblar. Fuad deyib ki, bazar günündən bazar ertəsinə keçən gecə səhərə qədər onu döyüblər. Ağız-burnundan qan gəlirmiş. Döyülməsinin səbəbini, ondan nə istədiklərini deməyib. Çünki danışıq az olub, 1-2 dəqiqə çəkib. Amma onu deyib ki, vəkil təcili yanıma gəlsin".

F.İsmayılovun anası bununla əlaqədar Ombudsman Aparatına şikayət edib.

Gənc fəalın hüquqlarını vəkil Cavad Cavadov müdafiə edir. Müdafiəçiyə də bu haqda məlumat verilib. Vəkil təcridxanaya gedib F.İsmayılovla görüşəcəyini deyib.

Binəqədidə yerləşən Müvəqqəti Saxlama Təcridxanası Daxili İşlər Nazirliyinin tabeliyindədir. Nazirlik F.İsmayılovun orada döyülməsi, telefon danışığı hüququnun məhdudlaşdırılması haqda deyilənləri təkzib edir. Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov AzadlıqRadiosuna bildirib ki, nəinki F.İsmayılov, ümumiyyətlə, orada heç bir şəxsə qarşı döyülmə, pis rəftar halları yoxdur: "Təkcə qeyd etdiyiniz adama münasibətdə yox, ümumiyyətlə, təcridxanalarda təzyiq, pis rəftar olmur. Bunların hamısı saxlanılan şəxsin yaxınlarının qərəzindən irəli gələn iddialardır. Bu şəkildə ictimailəşdirib, diqqəti ona yönəltmək istəyirlər. Ona görə də narahat olmasınlar, heç bir təzyiq, pis rəftar yoxdur. Saxlanılan şəxs azadlığa buraxılandan sonra özündən soruşan olsa, yəqin ki, təsdiqləyər".

F.İsmayılov mayın 22-də saxlanıb və Suraxanı Rayon Məhkəməsinin qərarıyla ona iki aylıq inzibati həbs cəzası verilib. İctimai fəal İnzibati Xətalar Məcəlləsinin 206-cı (şəxsi istehlak miqdarında narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham olunsa da, özünü təqsirli bilmir. Məhkəmədən çıxarılıb polis maşınına aparılanda da jurnalistlərə deyib ki, narkotiki onun cibinə polis bölməsində atıblar.

F.İsmayılov bundan əvvəl martın 7-də də həbs olunmuş, ona eyni maddə ilə eyni cəzanı vermişdilər. Birinci həbsi zamanı məhkəmədə bildirmişdi ki, narkotik maddə saxlamaqda ittiham olunsa da, polis bölməsində ona ancaq siyasi məsələlərlə bağlı suallar veriblər. Heç vaxt narkotikdən istifadə etmədiyini deyən gənc fəalın sözlərinə görə, birinci dəfə saxlanılanda da döyülmüşdü.

O, seçki saxtakarlığına etiraz olaraq MSK-nın binası qarşısındakı divara "Fu Məzi" yazdığına görə cəzalandırıldığını vurğulayırdı.

Amma rəsmilər, bir qayda olaraq, deyirlər ki, Azərbaycanda heç kim dinc siyasi fəaliyyətinə görə həbs edilmir. (“AzadlıqRadiosu”)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar