Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Formula 1": Son gündə ən yaxşı nəticəyə "Mercedes" komandası imza atdı

Bu gün "Formula 1" üzrə dünya çempionatının mövsüm öncəsi ilk test sessiyasına yekun vurulub...

PİA.az-ın məlumatına görə, İspaniyanın Barselona şəhərindəki "Katalunya" trasında keçirilən sonuncu gündə ən yaxşı nəticəyə Almaniyanın "Mercedes" komandasının pilotu Valtteri Bottas imza atıb - 1 saat 15,732 saniyə (65 dövrə).

"Mercedes"in digər sürücüsü Lüis Hemilton isə 1 saat 16,516 saniyə (73 dövrə) göstərici ilə ikinci olub. İlk "3-lüy"ü 1 saat 17,102 saniyə (76 dövrə) nəticə ilə Fransanın "Reno" kollektivinin pilotu Esteban Okon tamamlayıb.

Test sessiyasının ilk günündə ən yaxşı göstəriciyə 1 saat 16, 976 saniyə (94 dövrə) nəticə ilə "Mercedes" komandasının pilotu Lüis Hemilton imza atmışdı. İkinci gündə isə İsveçrənin "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen hamını qabaqlamışdı.

Qeyd edək ki, mövsüm öncəsi ikinci test sessiyası 26-28 fevralda olacaq. "Formula 1" üzrə 2020-ci il dünya çempionatında ilk Qran-pri 13-15 martda Avstraliyadakı “Albert Park” trasında keçiriləcək. Mövsümə 27-29 noyabrda Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Abu-Dabi Qran-prisi ilə yekun vurulacaq. Azərbaycan Qran-prisi isə 5-7 iyunda olacaq. \Report\

pia.az


Etiket: Formula 1

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar