Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Fitch" Azərbaycanın kredit reytinqini təsdiqləyib

"Fitch Ratings" beynəlxalq agentliyi Azərbaycanın xarici və yerli valyutada emitentin uzunmüddətli defolt reytinqinin (IDR) "BB+" səviyyəsində təsdiq edib, reytinq üzrə proqnozunu "mənfi"də saxlayıb.

"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, Azərbaycanın IDR-ın "BB+" səviyyəsində təsdiq edilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərinin hesabına mövcud olan çox güclü yerli və xarici balanslarını və məzənnə rejimi ilə əlaqəli olaraq siyasətin proqnozlaşdırıla bilən və şəffaf olmamasını əks etdirir.

Reytinq üzrə "mənfi" proqnoz isə Azərbaycanın COVID-19 pandemiyasının yaratdığı şokları, qısamüddətli perspektivdə qlobal neft qiymətlərinin qeyri-müəyyənliyini, pandemiyanın ikinci dalğasının xarici buferlərə təsirini və nizamsız makroiqtisadi düzəlişlərlə bağlı riskləri əks etdirir. "Fitch" özünün baza ssenarisini (2021-ci (45 dollar) və 2022-ci (50 dollar) illərdə tədricən artan neft qiymətləri) nəzərə alaraq bildirir ki, manatın devalvasiya riski aşağı qalır.

Agentlik qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın iqtisadiyyatına mənfi təsiri məhdudlaşdırılsa da, COVID-19 pandemiyası, neftin aşağı qiyməti, sosial məhdudlaşdırma ölçüləri və "OPEC+" çərçivəsində neft hasilatının azaldılması üzrə öhdəliklər səbəbindən bu il Azərbaycan iqtisadiyyatı 4,3% (ötən proqnoz 4,2%) azalacaq, lakin 2021-ci və 2022-ci illərdə müvafiq olaraq 2,7% ( ötən proqnoz 2,5%) və 2% (ötən proqnoz 2,8%) artacaq.

Bundan əlavə, "Fitch"in mütəxəssisləri reytinqi yüksəldə və ya endirə biləcək faktorları sadalayıb. Reytinqi aşağı sala biləcək amillərin içində xarici balansların kəskin azalması, manatın devalvasiyaya uğraması, neftin qiymətinin uzun müddət aşağı qalması və bunun öz növbəsində, iqtisadiyyata, bank sektoruna ziyan vurması göstərilir.

Reytinqin potensial artımına gətirib çıxara biləcək faktorlar arasında isə, agentlik neft qiymətlərinin yenidən artmasının ölkənin xarici balanslarına təzyiqin yumşaldacağını, dövlətin icmal büdcəsinin kəsirini azaldacağını, xarici dövlət borcunun ÜDM-ə olan nisbətinin aşağı səviyyədə saxlanılmasını və likvid aktivlərin artmasını göstərir. Eyni zamanda, reytinq məzənnə rejimi ilə əlaqəli olaraq siyasətin proqnozlaşdırıla bilən və daha şəffaf olması və makro-volatilliyin azalması ssenarisində qaldırıla bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar