Şənbə, 24 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

"EYOF Bakı 2019"un ikinci günündə medal siyahısına Azərbaycan millisi başçılıq edir

Bu gün festivalda 16 ölkənin idmançıları medal qazanıblar

İyulun 22-də - "EYOF Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalının ikinci günündə 16 ölkənin idmançıları medal qazanıblar.

Pia.az Trend-ə istinadən bildirir ki, iki günün nəticələrinə əsasən medal siyahısına Azərbaycan yığma komandası başçılıq edir. Komandamızın aktivində 10 medal - 4 qızıl, 4 gümüş və 2 bürünc medal var. Medalların hamısını komandamıza güləşçilərimiz qazandırıblar. Belə ki, yunan-Roma pəhləvanlarımız 3 qızıl və 1 bürünc, sərbəst güləşçilərimiz 1 qızıl, 2 gümüş və 1 bürünc, qadın güləşçilərimiz isə 2 gümüş medala sahib olublar.

Hesabında 3 qızıl və 1 bürünc medal olan İtaliya seçməsi ikinci sırada qərarlaşıb. Üçüncü pillədə isə 2 qızıl, 1 gümüş və 5 bürünc medalla Rusiya yığması yer alıb. İlk beşlikdə sonrakı yerləri Türkiyə (1-1-1) və Rumıniya (1-1-0) seçmələri tamamlayırlar.

Festivala iyulun 27-də yekun vurulacaq.

pia.az


Şərh yazın.

loading...