Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə Laçın

Oğlumla hələ danışmamışıq...

Aramızdan pərdə götürülmədən, ana-bala kimi dərtləşəcəyik. Oğlumla birlikdə rayonlardan birinə gedib, dərtləşəcəyik. Əlhəm şairdir, hər şeyi anlayandır. Bilir ki, anası əxlaqsız qadın olmayıb. Gərək olmazdı, amma oldu. Əvvəl gündən oğlumdan üzr istədim. İlk telefon zəngində anamdan, sonra Əlhəmdən üzr istədim. Ağladım, amma Əlhəm dedi ki, ağlama. Onda ürəkləndim, söz verdim ki, ağlamayacam. Amma gecələr ağlayırdım. Həbs olunmazdan əvvəl də yastığım bilir mənim gözyaşlarımı. Mən üzdə ağlayan deyiləm.

PİA.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Fədayə Laçın Tarix Əliyevin (Tolik) "Youtube" layihəsi olan "Tolik ilə səmimi" layihəsində deyib. İfaçı oğlu Əlhəmdən bəhs edib.

Sənətçi həbsxanadakı həyatından, azadlığa çıxmağından danışıb:

"Azadlığa çıxacağımı gözləmirdim. Amma beş il cəza alacağımı da fikirləşmirdim. Çünki mənim cəzam 2 il olmalıydı. Məhkəmədə olanda küçədən azan səsi gəldi. Hakim 5 il cəza kəsdi. Heç ağlamadım, yolboyu maşında ancaq mahnılar oxudum.

Amma əgər imkanım olsaydı həyatımdan 2017-ci il oktyabrın 28-ni - həbs olunduğum günü silərdim".

F.Laçın sevgi ilə bağlı sualları cavablandırıb. O, "Bundan sonra sevməyəcəm. Bağladım ürəyimin qapısını, açarı da dəryalara atdım. Bir iş idi oldu, amma bitdi. Daha olmayacaq. Tək deyiləm, Əlhəm mənim hər şeyimdir" sözlərini əlavə edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar