Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Əsrin müqaviləsi"nin 25 illiyinə həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb -Foto

Yeni poçt markaları tədavülə buraxılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC “Əsrin müqaviləsi”nə həsr olunmuş poçt markalarını tədavülə buraxıb.

Trend-in məlumatına görə, buraxılış 11 növ 20 ədəd (4x5) poçt markasından ibarət poçt vərəqi şəklində hazırlanıb. Vərəqin ölçüsü 165x185 mm, markaların ölçüsü 40x28 millimetrdir. Sıra nömrələri 1, 3, 6, 8, 9, 11, 14, 16, 17 və 19 olan markaların dizaynı eynidir. Həmin markalarda simvolik olaraq “əl tutub görüşən”, formaca 25 rəqəmini xatırladan neft boruları təsvir olunub. Digər markaların üzərindəki təsvirlər aşağıdakı qaydadadır (soldan-sağa sayıldıqda vərəqdəki şərti sıra nömrəsi ilə):

№2. “Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti”nin loqotipi;

№4. “Çıraq” platforması;

№5. “Mərkəzi Azəri” platforması;

№7. Səngəçal terminalı;

№10. “Şərqi Azəri” platforması;

№12. “Qərbi Çıraq” platforması;

№13. “Dərinsulu Günəşli” platforması;

№15. “Qərbi Azəri” platforması;

№18. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri;

№20. Ceyhan terminalı.

“Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən dizayn edilmiş poçt vərəqi 20 000 ədəd tirajla Belarus Respublikasının Bobruysk şəhərində çap olunub.

Həmçinin, xüsusi xatirə möhürü və 5500 ədəd Birinci gün zərfləri də hazırlanıb.

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar