Şənbə, 22 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

"Ermənistanın minalanmış ərazilərin xəritəsini təqdim etməməsi postmünaqişə reabilitasiyasını yavaşladır" - Ceyhun Bayramov

"Ermənistanın minalanmış ərazilərin xəritəsini təqdim etməməsi postmünaqişə reabilitasiyasını yavaşladır".

PİA.az-ın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Stokholmda ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, Ermənistan öz öhdəliklərinə sadiq qalaraq minaladığı Azərbaycan ərazilərinin xəritələrini təhvil vermir, buna görə də ona əlavə təzyiq göstərilməsinə ehtiyac var.

Ermənistan bütün minalanmış ərazilərin razılaşdırılmış xəritələrini təqdim etməyib. Bu postmünaqişə reabilitasiyasını və azad edilmiş ərazilərdə tikinti işlərini yavaşladır və qaçqın və məcburi köçkünlərin öz ərazilərinə təhlükəsiz qayıdışı qarşısında ciddi baryer yaradır. Azərbaycan hazırda dünyanın ən ağır şəkildə minalanmış ölkələrindən biridir. Üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistan tərəfindən fərq qoymadan döşənmiş minaların partlaması nəticəsində 71-i mülki şəxslər olmaqla 180 Azərbaycan vətəndaşı həlak olub və ya ciddi xəsarətlər alıb. Onların arasında jurnalistlər və media işçiləri də var. Bütün razılaşdırılmış və beynəlxalq humanitar qanundan irəli gələn öhdəliklərə uyğun olaraq minalanmış ərazilərin xəritələrini təqdim etməsi üçün Ermənistana əlavə təzyiqlərin göstərilməsinə ehtiyac var”, deyə nazir vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Kəmaləddin Heydərov müavinini vəzifəsindən kənarlaşdırdı

"Yolverilməz və ləyaqətsiz adamdır..." - "Ramiz Mehdiyev intellektual səviyyədə deyil..."

AMEA-nın professoru: “Ramiz Mehdiyev getməlidir”

Tofiq Abbasov: “Rusiya və KTMT qoşunları Ukraynaya girə bilər” - Müsahibə

Bakıda nişanlısı tərəfindən döyülən gənc qızın qolları sınıb

Vilayət Eyvazov generalın oğlunu işdən çıxardı - Foto

Məşhur reper Qədir Rüstəmovun ifasını paylaşdı - Video

“Perkersin səfəri Rusiya kəşfiyyatı tərəfindən təşkil edilib” - Tofiq Zülfüqarov

Rusiya-Ukrayna toqquşmasında maraqlı olan ölkələr var... - Rusiya bu müharibəyə gedə bilərmi?

Bu gün Cenevrədə Blinken Lavrovla görüşəcək - Tərəflər müharibədən qaça biləcək?..

Ən çox oxunanalar