Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Ermənistan Türkiyə-Azərbaycan birgə hərbi təlimlərdən ciddi narahatdır"

Politoloq Məhəmməd əsədullazadə yazır...

Ermənistan müdafiə naziri David Tonoyan Ermənisantda yerləşən Rusiya, Yunanıstan, İran və Livan səfirləri ilə görüşərək, Türkiyənin hərbi təlimlərdə iştirakını müzakirə edib. İranın səfiri və hərbi ataşesi ilə nazirin görüşməsi və İranın buna razılıq verməsi, rəsmi Tehranın ikibaşlı siyasətidir. Halbuki, İran yüksək səviyyədə Tovuz təxribatlarında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdi. Göründüyü kimi, İran burada bizə bir söz deyir, Ermənistanda bir söz. Və belə bir ölkənin Qarabağ məsələsində vasitəçi olmaq istəyi, əlbəttə ki, Azərbaycanın maraqlarına cavab vermir. D. Tonoyan elə ölkələrin səfirləri görüşüb ki, həmin ölkələr bilavistə Türkiyə və Azərbaycana qarşıdır. İranda burada yer alır.

Qeyd edim ki, Ermənistan Rusiya ilə birgə hərbi təlimlər keçirir. Bu, özlüyündə Türkiyə-Azərbaycan təlimlərinə cavab kimi xaraketrizə edilir. Rusiya hərbiçilərinin Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlərə qatılması mümkündür. Çünki, Ermənistan əsasən, bu kimi təlimləri Azərbaycanın işğal olunmuş ərazilərində keçirir.

Ermənistan siyasi rəhbərliyi anti-Rusiya siyasəti həyata keçirməsinə baxmayaraq, Rusiyanın hərbi elitası Ermənistan silahlı qüvvələrinə dəstəyini davam etdirir. Əlbəttə ki, Rusiya bunu öz geosiyasi maraqlarından çıxış edərək edir.

Ermənistanın Tovuz hərbi təcavüzündə Azərbaycanın hərbi hava qüvvələrinə daxil olan pilotsuz uçan aparatlar birbaşa Ermənistanın daxilində əməliyyat aparırdı. Bu bir daha göstərdi ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında sıradan bir üzvüdür. Ona real dəstək verilmir. Halbuki, KTMT-də birgə havadan müdafiə müqaviləsi var. Həmin müqavilənin bəndləri Ermənistana da şamil edilir.

Göründüyü kimi Tovuz təxribatlarından sonra, Paşinyan Rusiyaya qarşı isteriyanı davam etdirəcək və çalışacaq ki, vətəndaş cəmiyyətidə anti-Rusiya ovqatına köklənsin. Baş verənlər Rusiyada ciddi təhlil edilir və Ermənistan rəhbərliyinin cəzalandırlması, yaxud da bu ölkədən çıxmaq planı reallaşa bilər. Baş verənlərdən aydın olur ki, Rusiya ciddi şəkildə Ermənistanda siyasi dayaqları zəifləyib. Orduda olan generallar vasitəsilə bu mövqeyi saxlamağa çalışır. Amma, Ermənistan rəhbərliyinin götürdüyü kurs ölkəsindən Rusiyanı çıxarmaqdır. Buna necə nail olacaqlar, Rusiyanın cavab addımları nə olacaq, bu proseslər Qarabağ məsələsinə təsirsiz ötüşməyəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Azərbaycanın hərbi dənizçiləri NATO qiymətləndirilməsi təlimində iştirak edib - Fotolar

Rəsulzadənin portretini çəkdiyinə görə ölümə məhkum edilən azərbaycanlı rəssam

Mirmehdi Ağaoğlunun “İmamın şəkli” hekayəsi

Avtobusdakı davanın gizlinləri: Pozitiv diskriminasiya

"Ermənistan Türkiyə-Azərbaycan birgə hərbi təlimlərdən ciddi narahatdır"

Ən çox oxunanalar