Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Ermənistan beynəlxalq hüququn prinsipləri çətiri altında öz qanlı cinayətlərini ört-basdır edir"

Tural Gəncəliyev bu haqda bəyanat yayıb...

11 oktyabr 2019-cu ildə Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində Ermənistan və Dağlıq Qarabağdakı cinayətkar rejim tərəfindən "Ədalət və Sülh Naminə Əməkdaşlıq - Artsaxın Dostları” adlı “forum” keçirilib. “Forum”un yekun “bəyannamə”sində bir sıra absurd fikirlər yer alıb. “Bəyannamə” də insan hüquqları sahəsində beynəlxalq hüquqi sənədlərdə təsbit edilmiş azadlıq, demokratiya və bərabərlik prinsipləri əsas götürülərək “ProArtsakh” adlı beynəlxalq şəbəkənin yaradıldığı elan edilir.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevin bəyanatında deyilir.

T.Gəncəliyev qeyd edir ki, bu cür şəbəkənin yaradılmasında məqsəd Ermənistanın beynəlxalq hüququn prinsipləri çətiri altında öz qanlı cinayətlərini ört-basdır etmək cəhdidir:

"Təəccüblüdür, bəs, Ermənistan yüz minlərlə azərbaycanlını öz yurdundan didərgin salanda, Xocalı, Qaradağlı və bu kimi soyqırımlar törədəndə, 20 mindən çox azərbaycanlını qətlə yetirəndə, 4 minə yaxın əsir və girovluqda olan soydaşlarımıza işgəncə verəndə, qaçqın və məcburi köçkünlərin evlərinə qayıtmaq hüququnu tapdalayanda niyə insan hüquqları prinsipi onun yadına düşmürdü?

Bəyannamədə daha bir absurd məsələ oyuncaq "Artsaxın beynəlxalq səviyyədə tanınması - bölgədəki sabitliyin və əmin-amanlığın açarıdır” ifadəsidir ki, bu da özü-özünü aldatmaqdan başqa bir şey deyil. Mən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri kimi bəyan edirəm ki, Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonlardan olan azərbaycanlılar evlərinə qayıtmayınca, bölgədə sabitliyin və əmin-amanlığın bərqərar olması mümkünsüzdür. Əgər Ermənistan həqiqətən də əsl ədalət və sülh axtarırsa, onda bunu “Ədalət və Sülh Naminə Əməkdaşlıq” adlı qondarma “forum” keçirməklə deyil, işğalçı qüvvələrini ölkəmizin ərazilərindən çıxarmaqla tapa bilər".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar