Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Ermənipərəst siyasi dairələrin sifarişini yerinə yetirir" — Deputatdan sərt reaksiya

"Sərhədsiz Reportyorlar Təşkilatı (Reporters Without Borders - RWB) ermənipərəst siyasi dairələrin sifarişini yerinə yetirir"

PİA.az xəbər verir ki, bunu Yeniavaz.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Sərhədsiz Reportyorlar Təşkilatının 2019-ci il üçün "Dünya Mətbuat Azadlığı İndeksi" adlı yeni hesabatının nəticələrinə münasibət bildirərkən deyib.

Xatırladaq ki, təşkilatın 2019-ci il üçün "Dünya Mətbuat Azadlığı İndeksi" adlı hesabatına əsasən, Azərbaycan 180 ölkə arasında 166-cı pillədə qərarlaşıb.

Mətbuat azadlığının vəziyyətinin 0-100 bal arasında qiymətləndirildiyi hesabatda Gürcüstan 60, Ermənistan 61-ci pillədə yer alıb.

Onun sözlərinə görə, belə təşkilatlar konkret sifarişlərlə hərəkət edir:

“Dünyada özünü müstəqil elan etmiş, əslində isə konkret sifarişlər yerinə yetirən bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları var. Onlardan biri də Sərhədsiz Reportyorlar Təşkilatıdır. Bunlar öz yiyələrindən konkret sifarişlər alırlar və bu yolla dövlətə təzyiq göstərmək üçün öz hesabatlarında ənənəvi üsullardan istifadə edirlər. Ənənəvi üsul odur ki, bu və ya digər dövləti ittiham etmək, həmin dövlətə təzyiq göstərmək lazımdırsa, insan hüquq və azadlıqları ilə bağlı məsələni dərhal gündəmə gətirirlər. Bu da konkret siyasi maraqlardan qaynaqlanır".

Millət vəkili qeyd edib: "Siz heç görmüsünüz ki, ABŞ Dövlət Departamenti, yaxud tamamilə bu qurumun maliyyələşdirdiyi “Freedom House” kimi təşkilatlar ABŞ-ın göstərişi ilə qərarlar qəbul edən dövlətlərdə insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı mənfi fikir söyləsin? Bu baxımdan Fars körfəzindəki ərəb ölkələrini misal gətirə bilərəm. Məsələyə bu tərəfdən yanaşsaq görərik ki, Sərhədsiz Reportyorlar Təşkilatının Azərbaycanla bağlı verdiyi bu qərar yeni bir addım deyil. Dəfələrlə biz bunun şahidi olmuşuq”.

E. Nəsirov hesab edir ki, Sərhədsiz Reportyorlar Təşkilatı bu qərarı da ermənipərəst siyasi dairələrin sifarişi ilə həyata keçirib:

Azərbaycan demokratik inkişaf yolunu seçmiş bir dövlətdir. Azərbaycanda hələ ulu öndərin vaxtında mətbuat üzərindəki nəzarət qalxdı, mətbuat sərbəstdir. Hazırda cənab Prezident İlham Əliyev bu sahədə çox ciddi islahatlar keçirir və bu islahatlar Azərbaycanın daha da demokratikləşməsi mənafeyinə xidmət göstərir.
Bir ölkədə ki, 55 siyasi partiya mövcud ola, əhalinin 80 faizindən çoxunun açıq internetdən istifadə şansı ola, sosial şəbəkələrdən milyonlarla insan istifadə edə və istədiyi hər fikri yaza bilə, sosial şəbəkələrdə tənqiddən əlavə təhqir edilmə halları ola və bütün bunları həmin o təşkilat görmək istəmir. Konkret sifariş yerinə yetirir və Azərbaycanın beynəlxalq aləmdəki imicini zədələmək üçün ermənipərəst siyasi dairələrin sifarişini yerinə yetirir”.

Deputat belə təşkilatları hüquqları pozulan bir milyondan çox məcburi köçkünlərimizin hüquqlarını müdafiə etməyə səsləyib:

“Həmin bu qeyri-hökumət təşkilatları elə fon yaradırlar ki, guya Azərbaycanda insan hüquq və azadlıqlarının qayğısına qalırlar. Həqiqətən də onlara Azərbaycandakı insan hüquq və azadlıqlarının vəziyyəti maraqlıdırsa, niyə indiyə qədər öz hesabatlarında Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox soydaşımızın total şəkildə hüquqlarının pozulmasına münasibət bildirməyiblər? Niyə indiyə qədər iki soydaşımızın işğal edilmiş ərazilərimizdə girov saxlanılmasına göz yumurlar və bir dəfə də olsun öz hesabatlarınızda Ermənistandan bunu tələb etmirlər. Həmin Ermənistanı isə insan hüquqları sahəsində qabaqcıl ölkə kimi təqdim edirlər.

Ona görə də hesab edirəm ki, bu hesabatlar ictimaiyyətimiz üçün əhəmiyyətsizdir".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar