Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğandan Putinə böyük barışıq jesti


Türkiyə lideri həlak olan pilotun ailəsindən üzr istədi


Rusiya-Türkiyə münasibətlərində kritik gəlişmə; Kreml adekvat qarşılıq verərsə, iki ölkə əlaqələrindəki böhran tezliklə aradan qalxacaq; top həmişəlik Rusiya tərəfdə...

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ”Su-24" qırıcısının vurulmasına görə rusiyalı həmkarı Vladimir Putindən üzr istəyib". Dünən belə bir şok açıqlama ilə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib. Onun sözlərinə görə, Türkiyə prezidenti bununla bağlı Vladimir Putinə məktub ünvanlayıb.

Mətbuat katibinin bildirdiyinə görə, prezident Ərdoğan məktubunda “üzr istəyirəm” ifadəsindən də istifadə edib. Lakin Kremlin saytında yerləşdirilən açıqlamanın orijinalı ilə tanış olduqda bu ifadənin əslində Putinə və yaxud Rusiya xalqına deyil, vurulan pilotun ailəsinə ünvanlandığı üzə çıxır.

Kremlin saytındakı açıqlamadan sitat: “Məktubda o cümlədən deyilir ki, Rusiya Türkiyənin dostu və strateji tərəfdaşıdır və Türkiyə onunla münasibətləri korlamaq istəməzdi: ”Bizim Rusiyaya məxsus təyyarənin qəsdən vurmaq istəyimiz və niyyətimiz heç vaxt olmayıb" - Ərdoğan yazıb".

Daha sonra Ərdoğanın dilindən bildirilir: “Öz üzərimizə bütün riskləri götürərək və böyük səylər göstərək, biz həlak olan rus pilotun cəsədini suriyalı müxalifətçilərdən aldıq və Türkiyəyə gətirdik. Dəfnöncəsi proseduraların təşkili dini və hərbi ayinlər çərçivəsində həyata keçirildi. Bütün bu işlər biz tərəfdən həm də Türkiyə-Rusiya münasibətlərinə layiq səviyyədə görüldü. Bir daha həlak olan rus pilotun ailəsinə dərin hüznlə başsağlığı verir və deyirəm: bağışlayın. Bütün qəlbimlə onların ağrısını bölüşürəm. Rus pilotunun ailəsini biz Türkiyə ailəsi kimi qəbul edirik. Vurulan ziyanın ağırlığını və ağrısını azaltmaq üçün istənilən təşəbbüsə hazırıq”.



Türkiyə prezidentinin məktubunun sonunda qeyd edilir ki, adı rus pilotun vurulmasında hallanan Türkiyə  vətəndaşına qarşı təhqiqat başlayıb və davam edir. “Rəcəb Tayyib Ərdoğan baş verənlərlə bağlı dərin təəssüf hissi keçirdiyini və Türkiyə ilə Rusiya arasında ənənəvi dost əlaqələrinin bərpası, həmçinin, regiondakı böhranlı hadisələrə birgə reaksiya vermək, terrorizmlə mübarizə  aparmaq üçün mümkün hər şeyi etməyə hazır olduğunu bildirib” - Kremlin saytında yerləşdirilən mətndə deyilir.

*** 



Beləliklə, üzrxahlıq bilavasitə pilotun ailəsinə ünvanlı olsa da, Türkiyə prezidenti tərəfindən Rusiyaya böyük bir barışıq jesti ortadadır. Bundan əlavə, məktubdan da göründüyü kimi, Türkiyə pilotun ailəsinə təzminat verməyə hazır olduğuna işarə vurub. Eyni zamanda onun ölümündə adı hallanan “Boz qurdçu” Alparslan Çelikə qarşı istintaq aparıldığını xatırlatmaqla Ərdoğan aradakı gərginliyi daha da azaltmağa, “Su 24" insidentlindən dolayı xoşagəlməz səhifənin, nəhayət, bağlanmasına zəmin yaratmağa çalışıb. 

Xatırladaq ki, bundan öncə Türkiyə rəsmiləri, prezident Ərdoğan təyyarənin vurulmasına görə heç vaxt üzr istənilməyəcəyini bildiriblər. Ərdoğan yalnız pilotun vurulmasına görə üzrxahlığın mümkün olduğunu dilə gətirmişdi. Çünki beynəlxalq konvensiyaya görə, həqiqətən pilot əsir götürülməli idi və onun vurulması qəddarlıq sayılır. 



Son olaraq Rusiya Günü münasibətilə Ərdoğanın Putinə ünvanlandığı təbrik məktubunda mühüm barışıq jesti əksini tapmışdı. Bundan qabaq isə təyyarə olayına görə Rusiyanın əsas suçlu saydığı və daha çox Qərbin adamı kimi tanınan, Ankara-Moskva münasibətlərinin normallaşmasına əngəl olduğu deyilən Əhməd Davudoğlu baş nazir vəzifəsindən götürülmüşdü. Ardınca yeni baş nazir Binəli Yıldırım Rusiya ilə münasibətləri əvvəlki məcraya salmaq üçün çalışacaqlarını söz vermişdi. Prezident Ərdoğanın sonuncu məktubu rəsmi Ankara tərəfindən Rusiyaya münasibətdə atılan yekun addım sayıla bilər. Qalır indi Ankaranın maksimum edə bildiyinə Moskvanın reaksiyası.

*      *      *

“Yeni Müsavat” olaraq Ankara-Moskva barışı yönündə ciddi fəaliyyətin olduğu və bu yöndə diplomatik və qeyri-diplomatik kanalların işə salındığı haqda bir neçə dəfə yazmışıq. Hətta barışa sayılı günlərin qaldığı haqda etibarlı mənbələrə istinadən xəbər də vermişdik. Onu da vurğulamışıq ki, münasibətlərin uzun müddət böhranlı qalmasında heç bir tərəf maraqlı deyil və bu məqam gec-tez öz sözünü deyəcək...

Maraqlıdır ki, Kreml tərəfindən Ərdoğanın üzrxahlıq məktubu Türkiyə-İsrail münasibətlərinin rəsmən qaydaya düşdüyü gün açıqlanıb. İstisna deyil ki, Ankara iki mühüm strateji tərəfdaşla pozulmuş əlaqələri eyni vaxtda bərpa edəcək. Yeri gəlmişkən, az öncə Putin Türkiyə-İsrail münasibətlərinin qaydaya düşməsinə normal baxdığını söyləmişdi. 



Bir şey dəqiqdir ki, top indi həmişəlik Rusiya tərəfdədir. Əgər Kreml də Ankara ilə əlaqələri strateji xarakterli hesab edirsə, - ayrı cür ola da bilməz, - o zaman müsbət cavab özünü çox gözlədə bilməz. Hər necə olmasa, pozulmuş əlaqələrdən sanksiyalar altında olan Rusiya daha böyük ziyan çəkir.

Belə bir barışıq sözsüz ki, təkcə Yaxın Şərqdəki duruma deyil, Azərbaycanın daxil olduğu Güney Qafqaza, Dağlıq Qarabağ konflikti ətrafındakı situasiyaya da müsbət təsir göstərər, bölgədəki münasibətlərə pozitiv ab-hava gətirərdi. Nəhayət, rəsmi Bakı ağır seçimdən qurtularaq rahat nəfəs alardı. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar