Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Ən şanslı namizədlər rektor Elçin Babayev tərəfindən təziqə və təqibə məruz qalır"

"Son günlər Bakı Dövlət Universitetinin tələbə-müəllim heyyətindən həyacan dolu informasiyalar almaqdayam… BDU yenə ölkə gündəmindədir. Buna səbəb universitetin əksər fakültələrində dekan seçkilərinin keçirilməsidir. Təbii ki, ilk baxışdan xoş görünən bu “seçkili dekan” üsul idarə etmə modelinin dərinliyinə getdikdə bunun “seçki” adlı şou olduğunu görmək olur".

PİA.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib.

A.Şakiroğlu qeyd edib ki, bu şounun baş memarı da tarixi Bakı Dövlət Universitetinin rektoru əlahəzrət Elçin Babayevdir: "Burada sual yarana bilər, Elçin Babayev nə edir? Elçin Babayev nə etmir ki? Nəyi etməməlidir edir, nəyi etməlidir, onu etmir! Dekan seçkilərinə haram qatır! Müstəqil formada öz namizədliklərini verən tələbə-müəllim heyəti tərəfindən sevilən və dekan olmağa ən şanslı namizədlər rektor Elçin Babayev tərəfindən təziqə və təqibə məruz qalır. Bu xalqın gələcəyinə vurulan zərbə deyildə nədir?! Elçin Babayev hər vərclə çalışır ki, rüşvət aldığı şəxsləri dekan seçdirməyə nail olsun. Rüşvət hesabına dekan “seçilən” şəxs, sizcə, şəffaf işləyə bilərmi?! Elçin Babayevin sevilən, dəstəklənən namizədlərə öz namizədliklərini geri çəkmək üçün açıq basqı siyasəti tətbiq etməsi nəyə və kimə xidmət edir?! Məni bu qanunsuzluqlarla yanaşı rektor Elçin Babayevin “həyatı üçün olan təhlükə” də narahat edir. Təsəvvür edin universitet rektoru universitet daxilində tələbələrinin və müəllim heyətinin əhatəsində tək gəzmir. Boyu 2 metr olan mühafizəçi heyəti ilə gəzir… Adama sual verərlər: Sən kimdən qorxursan? Tələbələrindən ya müəllim heyyətindən? Səni başqa rektorlardan üstün hansı cəhətin var ki, həyatın üçün təhlükə hiss edib mühafizə dəstəsilə gəzirsən?! Bu qoçulara nə ehtiyac var? Dekan olmaq istəyən müstəqil şəxsləri əzmək üçünmü?! Tələbə və müəllim heyətinin sevgisini qazanmaq lazımdır, cənab rektor… Bu sevgini qazanmaq lazımdır ki, o insanların əhatəsində qorxu və hürkü ilə və bir dəstə qoçu ilə gəzməyə də ehtiyac qalmasın… Amma görünən budur ki, Siz bu “sevgini” qoçuluqla qazanmaq yolu seçmisiniz… Hesab edirəm ki, universitetin rektoru Elçin Babayevin əməllərinə hüquqi qiymət vermək zamanı yetişib. Harınlamış şəxslərin yeri vəzifə yox, Kürdəxanıdır! Son olaraq hörmətli Elçin Babayevə buradan ritorik sual da ünvanlamağı özümə borc bilirəm: İş adamı olan Zahid Cəfərovu dekan etmək üçün ondan nə qədər pul almısız ki, digər namizədlərə namizədliklərini geri çəkmələri üçün təzyiq edirsiniz? Marağınız və məqsədiniz nədir? Heç utanırsınızmı?!"(Pravda)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar