Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Ən çox şikayət olunan qurum gömrük orqanlarıdır" - Natiq Cəfərli

Azərbaycanda müstəqillikdən bəri ən çox şikayət olunan orqanlardan biri, bəlkə də ən birincisi, gömrük orqanları olub. Onların fəaliyyəti bu orqanın fəlsəfəsinə uyğun deyil”.

Bunu Bakupost.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Ekspert bildirib ki, Azərbaycandakı bahalığın yaranma səbəblərindən biri də məhz rüsumların yüksək olması və gömrük orqanlarıdır:

“Obyektivlik naminə demək lazımdır ki, bəzi şikayətlər gömrük orqanlarının birbaşa fəaliyyətilə, oradakı korrupsiya, inhisarçılıq faktları ilə bağlı olsa da, bəzi məsələlər gömrük orqanlarından asılı deyil. Yəni, qanunvericilik və gömrük rüsumları ilə bağlı qaydalar Azərbaycanda həddindən artıq qarışıqdır, heç bir məntiqə uyğun deyil. Ona görə də gömrük xidmətində köklü islahatlara ehtiyac var. Həm gömrük qanunvericiliyi, həm rüsumlar haqqında qanun, həm də gömrük strurkturunun fəlsəfəsi dəyişməlidir. Tək struktur dəyişiklikləri ilə iş tamamlanmır. Bundan sonra Gömrük Komitəsinin ayrıca bir qurum kimi qalmasına da ehtiyac yoxdur. Hansısa bir nazirliyin tərkibində, ya Maliyə, ya da İqtisadiyat Nazirliyinin tərkibində bir departament kimi fəaliyyət göstərməsi daha məntiqli olar. Bu baş verərsə və qanunvericilikdə dəyişikliklər olarsa, bu zaman gömrüklə bağlı şikayətlərin xeyli azalmasının şahidi ola bilərik”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

Ən çox oxunanalar