Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Əli Kərimli, tulalarını yığışdır" - AXCP sədrinə Praqadan qəzəbli müraciət

Praqada mühacirət həyatı yaşayan Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova AXCP sədri Əli Kərimliyə müraciət edib...

Özünün facebook hesabında paylaşdığı müraciətdə M.Əzizova AXCP sədrinə "tulalarını yığışdır" deyə sərt tonda xitab edib.

PİA.az M.Əzizovanın müraciətini olduğu kimi təqdim edir:

"Əli Kərimliyə müraciətim:

Salam Əli bəy, ümid edirəm ki, yaxşısınız. Şəkillərdən, statuslardan görürəm ki, bu belədir . Amma deyəsən partiyada işlər pis gedir, yoxsa sizin partiyanın aktivistləri mənim və anam Mirvari Qəhrəmanlı haqda şər, təhqir yaymaqla məşğul olmazdılar. İdealda onların indi mənə , anama yox, partiya işlərinə başları qarışmalı idi. Və istər-istəməz sual yaranır : Niyə siz öz aktivistlərinizə bir trening və ya maarifləndirmə işləri aparmırsınız, başa salmırsız ki, virtual məkanda özlərini bu cur aparmaq olmaz! Əgər bir insan real həyatda təhqir, şər, böhtanla məşğuldursa adətən qanun qarşısında cavab verir. Virtual həyatda bu vasitələr olmadığı üçün , sizdən xahiş edirem öz tulalarınızı (üzrlü sayın, onları ayrı cür adlandıra bilmirəm ) yığışdırın. Bir dəfəlik onlara başa salın ki, onların etdikləri həm sizin, həm də partiyanın adına ləkədir, başa salın ki, insan vicdansızlıq etməməlidir, insan yalan danışmamalıdır. QHT-dən əvvəl (1990-cı illərin axırı) mən cəbhənin aktiv fəallarından idim və o zaman cəbhəçilər belə deyildilər. Bir-birimizə hörmət var idi, insanlıq var idi, əsl siyasət var idi. Partiyada təsadüf insanlar yox idi. İndi isə nə oldu? Partiya niyə "kuxna" söhbətlərinin məkanına çevirildi, niyə aktivistlər bazar adamlarına döndü? Niyə cəbhə deyərkən bu gün ancaq bəzi aktivistlərin təhqirləri yada düşür ? Bir az bu haqda zəhmət olmasa düşünün. Bir də xahiş edirem o tulalara başa salın ki, FB-da partiya işləri ilə məşğul olsunlar, mənim və anam haqında təhqirlərə yol verməsinlər. Ümid edirəm ki, ədalət prinsipləri sizin üçün üstün olub bu məsələni bir dəfəlik həll edəcəksiniz. Üzr zad istəmirəm, gözlərinə girsin, amma ən azından təhqir edici rəylərini silsinlər.

Öncədən təşəkkür edirəm " (Musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar