Çərşənbə axşamı, 25 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

"Əli Kərimli, Tofiq Yaqublunun mübarizə metodunu əsla bəyənmirəm, amma..." – Aslan İsmayılov

"Özümü çox adekvat, əndazə çərçivəsində dözümlü, hadisələrə ayıq başla dəyər verən, ədaləti hər şeydən üstün tutan insan hesab edirəm. Əli Kərimli, Tofiq Yaqublunun mübarizə metodunu, hakimiyyətə münasibətlərini, xüsusilə işlətdiyi ifadələri əsla bəyənmirəm və onları cəmiyyətə qarşı çox ziyanlı sayıram. Təxminən 4 ay bundan əvvəl narkotiklərlə mübarizə kampaniyasını başlayanda DİN-nin bu sahədə fəaliyyətini təqdir etmişəm. Özü də bunu təhqirlərə, böhtanlara məruz qalacağımı görüb və bunun da məhz Əli Kərimli, Tofiq Yaqublu tərəfdarlarından ediləcəyini bilə-bilə etmişəm. Azərbaycan reallığında bu hadisəyə çoxları sevinər və baş verənləri görməzliyə vurardı. Səmimi olaraq onu da deyim ki, haqqımda olan böhtanlara, təhqirlərə görə bəzən ani məqamda qan tökməyə də hazır olmuşam".

PİA.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov bildirib.

A.İsmayılov Tofiq Yaqublu ilə bağlı baş verənləri qətiyyətlə pislədiyini qeyd edib: “Bunu dövlətimiz, vətənimiz üçün çox təhlükəli, insanlıq üçün isə qəbuledilməz hal sayıram. Hesab edirəm ki, hakimiyyət özünə hörmət edirsə, qanunlar çərçivəsində hərəkət etdiyini cəmiyyətə göstərmək istəyirsə, bu hadisəyə qəti münasibət bildirməlidir. Bir daha qeyd edirəm ki, Əli Kərimlinin, Tofiq Yaqublunun etdiklərinin dövlətimizə, cəmiyyətə ziyanlı hərəkətlərini hakimiyyət təmsilçilərindən də yaxşı görürəm və heç nəyə baxmayaraq yazdıqlarımda israrlıyam. Baş verənlərin indiki dönəmdə birinci növbədə Prezident İlham Əliyevin əleyhinə olduğuna heç bir şübhəm yoxdur”. (Pravda.az)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Bəxtiyar Hacıyevdən Sahil Babayevə korrupsiya ittihamı... - Foto

İran təyyarəsi ilk dəfə Füzuli Beynəlxalq Hava Limanına eniş edib - Yenilənib

"Vəzifəli məmurların arvadları sevgili saxlayır", deyən qalmaqallı psixoloq danışdı - Video

Cavid Qurbanovun qumar monopoliyası — "Topaz" rəqiblərini sıradan çıxarır...

Əvəz Qocayev Cavid Qurbanovun yerinə iddialıdır…

"Qələt edirlər, başlarını daşa döyürlər, qeyrətləri varsa..." -Müşfiq təhqirə keçdi

ABŞ və Britaniya kəşfiyyat xidmətlərindən gələn dəhşətli iddialar...

Bakıda dəhşət - Uşaqlarını görməyə gedən şəxs döyülərək öldürüldü

Polad Aslanovun vəziyyəti pisləşib - Həyat yoldaşı

Mübariz Qurbanlının rəis vəzifəsində çalışan qardaşı oğlu işdən çıxarıldı

“SSRİ-nin bərpası nağılı yalnız boşboğazlıqdır”

Ən çox oxunanalar