Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Elə pafos püskürərəm ki..." Natiq Cəfərli

“Hökumətyönlü səhifələrin biri Xankəndi və ərtafında yaşayan erməni əsilli azərbaycanlıları ölkəyə inteqrasiya edilməsi ilə bağlı yazdığım statusu yarımçıq, məğzini təhrif edərək paylaşıb. Paylaşımın altında söyüş-təhqir doludur, söyüş yazan 10 nəfəri seçib onlara şəxsi mesaj yazdım, təqribən, 6 nəfəri xaricdə olduğu üzə çıxdı, onları boş verdim, mənasız işdir, çoxu kiril əlifbası ilə yazanlar idi, məmləkətdə olanlar isə ya qorxdular elə yazdıqlarına görə, ya da sonda üzr istədilər. Həzərat, sosial şəbəkələr bizə imkan verir ki, nəsə öyrənək, fikir mübadiləsi aparaq, monitor arxasında şirə, bir az üzərinə gedəndə isə toyuğa dönənlər, söyüş-təhqir ifraz edənlər, oxumadan, qanmadan yekəbaş şərhlər yazanlar bu platformanın önəmini, təsirini azaldır”.

Bunu REAL Partiyanın funksioneri Natiq Cəfərli bildirib.

“Bizi, REAL-ı isə həm hökumətyönlü, həm də onların güzgüdəki tam əksi olan birhüceyrilələr söyür, təhqir edir, və bu bir mərkəzdən idarə olunur. Çünki hər iki tərəfin boğazına keçmiş sümük kimiyik, populistlərin qənimiyik, bəyəm biz "İravanı alaq", "Xankədiyə mən girərdim", "Erməniləri qovaq" kimi primitiv danışaraq xal qazana bilmərik?! Təbii ki, texniki olaraq mümkündür, elə pafos püskürərəm ki, bəzilərinin yetişmişi dura-dura kalı tökülər, amma etmirik, etmərik, çünki özümüzə, ən vacibi isə sizə - vətəndaşa hörmət edirik, ölkədə diskursun keyfiyyətinin yüksəlməsinə çalışırıq”, – N.Cəfərli qeyd edib.(bakupost)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar