Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Elə birinci görüşdəcə Eynulla məndən həmin yazılara görə üzr istəyərək soruşdu ki..."

SÖZ VAXTINA ÇƏKƏR...

2006-cı ilin bu vaxtları idi. Hacı Məmmədovun işində Cinayət Axtarış İdarəsinin rəisi Zakir Nəsirovun vəkili kimi iştirak edirdim. Məhkəmə prosesi bəzilərinizin yadında olar, indi bu barədə yazmayacam. Prosesin gedişində tutduğum prinsipial mövqe MTN-in o vaxtkı rəhbərliyini qane etmirdi. İş o yerə çatdı ki, Hacı mənim suallarıma cavab verməyəcəyini bildirdi.

Elə həmin vaxt Eynulla Fətullayevin qəzetləri barəmdə heç bir əsası olmayan böhtan xarakterli yazılar dərc etməyə başladı. Yazılar fotokollajlarla müşayət olunurdu, başıma dollarlar səpilən şəkillər dərc olunurdu. Səhv etmirəmsə, məqalələrdən birinin adı "Pulun və qatilin vəkili" idi. Öz aləmlərində bu yolla məni neytrallaşdırmaq istəyirdilər.

Mən onun yazılarını cavabsız qoymadım, aramızda əməlli başlı konflikt yarandı, onun barəsində yazdıqlarımın bu gün də arxasındayam. Rəhmətlik İsaxan Aşurov zəng edib Eynullaya baş qoşmamağımı xahiş etdi, dedi ki, bilirsən əlində informasiya resursları var, barəndə nə istəsə yaza bilər. Dedim İsaxan, məhkəmədən qorxuruq, polisdən, prokurordan, vergidən qorxuruq, deyirsən indi Eynulladan da qorxaq.

Aradan çox qısa müddət sonra Eynullanı həbs etdilər, onunla bir neçə dəfə Kürdəxanıda istintaq təcridxanasında təsadüfən görüşdük. Elə birinci görüşdəcə Eynulla məndən həmin yazılara görə üzr istədi, orda olan məlumatları mənim tanıdığım bir jurnalistdən (həmin jurnalist bir neçə il əvvəl vəfat edib) aldığını dedi. Sonrakı görüşlərdə soruşdu ki, onun müdafiəsinə qoşula bilərəmmi? Mən fərqli cəbhələrə xidmət etdiyimi bildirib üzrxahlıq edərək imtina etdim.

Eynulla indi azadlıqdadır, yenə öz işindədir, özü yalan olduğunu bilə-bilə müxtəlif adamların barəsində paylaşdığı yazıların da ömrü yəqin ki, uzun olmaz, gec-tez onlar üçün də cavab verər. Demək istədiyim odur ki, heç nə əvəzsiz qalmır, heç nə və heç kim unudulmur...

P.S. Barəmdə yazılan böhtan xarakterli yazıların işıq üzü görməsində "zəhməti" keçən şəxslər Eynulladan fərqli olaraq indiyə kimi məndən üzr istəməyiblər.

Adil İsmayılov, tanınmış vəkil (Moderator.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar