Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Elə bilirsiniz ki, təhsilsiz toplumu idarə etmək asandır?!"

Dərs mövsümü başlayır, valideyinlər hazırlıq təlaşına giriblər, qiymətlər də kəskin artıb – keçən il ilə müqaisədə kitablarda, məktəb ləvazimatlarında, geyimdə 20-30% arası qiymət artımı var. İnsanların zatən canı burnundadır – pandemiya və karantin rejimi işsizlik ordusunu artırıb, işləyənlərin də gəlirləri kəskin azalıb, alıcılıq qabiliyyəti düşüb, bu fonda qiymət artımı ailələrin büdcəsinə pis təsir edir.

Bir yandan da online təhsil qaydaları təsdiq edildi, məktəblilər evdən dərslərə qoşulmalıdırlar, yaxşı, kompyuter, planşet məsələsi nə olacaq?! Azərbaycanda bəyəm hər ailədə kompyuter, planşetmi var?! Online dərslər necə təşkil olunacaq?! İndi mənə tam aydındır ki, nədən Gömrük Komitəsi online sifarişləri 1000 dollardan 300 dollara saldı – qərarın məqsədi kompyuter və planşetlərə məcburi artacaq tələbi daxili şəbəkələrə yönəltmək, iri məmurlara bağlı satış məntəqələrinin alverini artırmaqdır. Yaxşı, hökumət olaraq uşaqlara pulsuz kompyuter, planşet vermirsiniz (bir çox ölkələrdə bunun örnəkləri var), bunu bildik, uşaq pulunu da bərpa etmək istəmirsiniz, bu da aydındır – heç olmasa kompyuter və planşetlərə qoyduğunuz soyğunçu 15% rüsumu, 18% ƏDV-i ləğv edin, qoyun camaat, ən azı, 35% daha ucuz kompyuter və planşet ala bilsin də, niyə gözünüzü ora tikmisiniz?!

Qabiliyyətiniz çatıb bu illər ərzində daxili istehsal qura bilməmisiniz, heç olmasa Gömrük Komitəsinin açıq lobbiçiliyini etdiyi şəxsi sifarişlərin azadılması qərarını ləğv edin, qaytarın 1000 dollar online sifariş qaydasını, kompyuter, planşetlərin sifarinə qoyduğunuz qeyri-qanuni və qeyri-leqal qadağanı da ləğv edin, imkan verin camaat özü xaricdən öz uşaqlarına online təhsil üçün avadanlıq ala bilsin! Elə bilirsiniz ki, təhsilsiz toplumu idarə etmək asandır?! Ay-hay, təhsil səviyyəsi aşağı olan, kritik səviyyənin altına düşən toplum sonra heç nəyi və heç kimi dinləmədən qarşısına çıxanı süpürəcək. Belə...

Natiq Cəfərli - İqtisadçı, politoloq

pia.az


Etiket: Natiq Cəfərli


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar