Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Elə bil koronavirus Çində yox, Azərbaycanda yaranıb"

"Düşünürsən ki, sabah bu gündən yaxşı olar. Amma sabah bu gündən də pis gəlir. 3 ay evdə oturub sabah işlərin yoluna düşəcəyini ümidlə gözləyən mən və mənim kimi 100 minlərlə insanların ümidi sönür"...

Bu sözləri müğənni Kərim Abbasov sosial şəbəkədə yazıb. Sənətçi pandemiya dövründə işsiz qalmasından gileylənib:

"Türkiyədə bitdi və ikinci dalğa gözlənilmir deyə bəyanat verdilər. Bizdə mümkün deyil. Niyə xərçəng və hepatit kimi xəstəliklərə bu qədər diqqət ayırmırıq? Bunlara necə pul verib müalicə oluruqsa, Covid19-dan da müalicə olacağıq. Ya da sağalmayıb öləcəyik... Buna görə iqtisadiyyatı məhv etməliyik? Bütün dünyada karantin bitdi, Azərbaycanda hələ davam edəcək. Karantinə hamıdan tez başlayan da biz olduq, gec çıxan da biz olacağıq. Elə bil ki, koronavirus Çinin Vuhan şəhərində yox, Azərbaycanda yaranıb. İranda gündə 500, İtaliyada 650 nəfər ölür. Amma artıq ölümdən danışmırlar. Orada media da artıq ölümdən yazmır. Bəlkə peyvəndi tapılıb? İnşallah, bizə də gəlib çıxar".(axşam.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Ən çox oxunanalar