Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Elə adam var ki, evində çörək almağa pulu yoxdur"

"Balaca uşaqla evdə oturmaq çətindir. Özün anlayırsan, amma balacalar yox. Uşaq bütün günü həyət istəyir. Necə aparasan?"...

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elvin Abdullayev deyib. Sənətçi karantin rejimindən bəhs edib. O bildirib ki, bütün gününü evdə keçirir:

"Düzdür, biz ifaçıların işi toy məclislərində idi. Amma indi şənliklərin təxirə salınmasına heyifslənmirəm. Əsas can sağlığıdır. Toy hər zaman olub, yenə olacaq. Elə vəziyyətdir ki, canımızı düşünməliyik. Hələ ailəmiz də bir yandan. Adam bilmir özünü, ailəsini, balaca uşaqlarını qorusun. Ona görə də insanlar bu məsələyə ciddi yanaşmalı, qaydalara riayət etməlidir.

Bu yaxınlarda sosial şəbəkədə metro başına yığışan insanları gördüm. Çox pis oldum. Biz bu cür duruma hazır deyildik. Heç kim bilmirdi belə bir vəziyyət yaranacaq. Elə adam var ki, evində çörək almağa pulu yoxdur, işləməyə məcburdur. Amma bir tərəfdən də virusdan qorunmaq mütləqdir. Təsəvvür edin, bir insanın yoluxması ən az min nəfərin infeksiya qapması deməkdir. Müvəqqəti çətinlikdir, dözmək lazımdır".

Elvin evdə vaxtını yeni mahnılar bəstələyərək keçirdiyini söyləyib:

"Məncə sənət adamları bekar dayanmır. Onlar yeni mahnılar yazdırır, sənətlə məşğul olurlar. Mənim də bəstələrim var. İnşallah, hər şey düzəlsin, onları təqdim edəcəm".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar