Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Eldar Həsənov həbs edilən sonuncu səfir olmayacaq"

Xəbər verdiyimiz kimi, dünən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənovu həbs etdi. Səbəb kimi isə maliyyə yoxlamaları zamanı E.Həsənov tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edildiyi göstərildi.

E.Həsənovun həbs edilməsini cəmiyyət birmənalı qarşılamadı. Əksəriyyət sabiq Baş Prokurora qaldırılmış ittihamı qəbul etməyərək, həbsin, əslində, başqa səbəblərdən qaynaqlandığını iddia etdilər.

PİA.az Dominant.az-a istinadən bir neçə tanınmış ictimai-siyasi şəxsin E.Həsənovun həbsi ilə bağlı mülahizələrini təqdim edir:

Professor Qulu Məhərrəmli heab edir ki, Serbiyadakı səfirimiz Eldar Həsənovun saxlanması ciddi yanlışlıq və anlaşılmazlıqdır:

"Onun külli miqdardə büdcə vəsaitini mənimsəməkdə ittiham olunması isə inandırıcı görünmür, çünki həm də bizneslə məşğul olan E.Həsənovun şəxsi kapitalı ona verilən büdcə vəsaitindən dəfələrlə çoxdur. Yəni o, səfirliyin qəpik-quruşuna göz dikməyi öz şəxsiyyətinə sığışdırmaz". Əksinə, öz vəsaiti ilə Azərbaycanın təbliği üçün qiymətli işlər görürdü...

Yüksək dövlət düşüncəsi olan E.Həsənov şəxsi nüfuzuna, diplomatik məharətinə, təsir dairəsinə görə fərqlənən, Azərbaycan adına və hakimiyyətə hörmət gətirən səfir idi. Onun həbsi çox güman ki, siyasi xarakter daşıyır və daxildəki qruplar arasında savaşla bağlı ola bilər. Bu adam tutanlara izah etmək lazımdır ki, Azərbaycan dövlətinə təhlükə millətsevər insanlardan, həbs edilən vətənpərvər gənclərdən, şərlənən Tofiq Yaqubludan deyil, Moskvanın 5-ci kolonundan gəlir..."

İqtisadçı alim Qubad İbadoğlu isə bu həbsin ardınca digər həbslərin də olacağını ehtimal edir:

"Səfir Eldar Həsənov şübhəli şəxs qismində tutulub. Onun ardınca yeni həbslər istisna olunmur, özünə gəlincə, varidatına və biznesinə əl qoyub buraxıla da bilər. Eldar Həsənovun həbsi Azərbaycanın müstəqillik tarixində ilk olsa da, ittiham inandırıcı görünmür, çünki Eldar Həsənovun şəxsi kapitalı ona ayrılan büdcə vəsaitindən dəfələrlə çoxdur. Eldar Həsənov uzun illərdir ki, Cənubi Avropa və Balkanlarda bizneslə məşğul idi.

Eldar Həsənov Serbiyanın rəsmi nümayəndə heyəti ilə bərabər Azərbaycanda səfərdə olmalı idi. O, şəxsi nüfuzuna, maddi imkanına, əhatə və təsir dairəsinə görə fərqlənən səfirlərdən idi. Odur ki, həbsin siyasi motivli olması şübhəsizdir, onun həbsi, çox güman ki, daxildə qruplar arasında savaşın nəticəsidir. Böyük ehtimalla, Eldar Həsənov həbs olunan birinci və sonuncu səfir olmayacaq, ondan sonra səfirliklərdən tutulanlar, işdən çıxarılanlar, eləcə də olduqları ölkədən siyasi sığınacaq istəyənlər yanaşı, mərkəzi icra hakimiyyətindən, hüquq mühafizə orqanlarından və iri dövlət şirkətlərindən də yeni həbslər gözlənilir. Bütün bunlar isə həm hakimiyyətdaxili mübarizənin, həm də mərkəzi hakimiyyətə etimadsızlığın güclənməsinə gətirib çıxaracaq.

Eldar Həsənova gəlincə, onun biznesinə əl qoyub, yığdıqlarını alıb, müəyyən müddətdən sonra ev dustaqlığı adı ilə azad ediləcəyi də istisna olunmur".

Jurnalist Şahin Cəfərli də o fikirdədir ki, Eldar Həsənovun həbsi maraqlı məsələdir: "O, hər zaman siyasi ambisiyaları olan şəxs kimi tanınıb. Səfir göndəriləndə ölkədə hər kəs əmin idi ki, bu, əslində mədəni sürgündür. Bu hadisənin cəbhəçilərin kütləvi həbsi və Rusiya ilə pisləşən münasibətlər fonunda baş verməsi də diqqəti cəlb edir. Qaranlıq məqamlar çoxdur, ölkədə hazırda nə baş verdiyini dəqiq bilmək, anlamaq və təhlil etmək asan deyil".

Jurnalist Aygün Muradxanlı isə E.Həsənovun Baş Prokuroru olduğu dönəmi xatırladıb:

"Eldar Həsənovun baş prokurorluğu dönəmi Azərbaycanda köhnə CM-nin 57-ci maddəsi üzrə Vətənə xəyanət ittihamı ilə kütləvi həbs dalğası ilə yadda qalıb. Bu dalğa o qədər şahə qalxmışdı ki, qabağına kim çıxsa, azadlığının 10-15 ilini yuyub aparırdı.
Milli Məclis qarşısında çıxışlarını da yaxşı xatırlayıram. Yüksək professionallığı ona ölkədə ciddi əks-səfa yaradan həbslərə elə don geyindirmək imkanı verirdi ki, tutulanları şəxsən tanımasaydım, onların Ermənistan xüsusi xidmət orqanları ilə əlbir olub Vətənə xəyanət etdiyinə inanardım.

Mükəmməl nitqi və baş verənlərə özəl münasibəti ilə Eldar Həsənov gündəm yaratmağı gözəl bacarırdı. Ondan sonra Baş Prokurorluq kolxoza döndü. Axırda gəl, adına büdcə oğrusu desinlər... Belə bir həyat..."

İqtiadçı-jurnalist Qadir İbrahimli E.Həsənovun pandemiya dövründə azərbaycanlı tələbələrə göstərdiyi köməklikdən danışıb:

"Eldar Həsənova nə rəğbətim, nə də qərəzim var, mənim üçün onlarla səfirdən biridir. Ancaq Avropada köməksiz vəziyyətdə qalan tələbələrin Serbiyaya, oradan da İstanbul üzərindən Bakıya dönüşünü məhz Eldar Həsənov təşkil edib. Bunu mənə həmin tələbələrin valideynləri danışıb. Bir daha təkrar edirəm, korrupsiya ittihamlarına özü cavab verməlidir - onun vəkili-filan deyiləm. Sadəcə eşitdiyim faktı deyirəm".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Ən çox oxunanalar