Şənbə, 05 Dekabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

"Ekoloji Maarifçiliyə Yardım" İB qrant layihəsinin icrasını davam etdirir

"Ekoloji Maarifçiliyə Yardım" İB Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından aldığı "Neftçala rayonu ərazisində ekoloji problemlərin aradan qaldırılmasında vətəndaş cəmiyyətinin iştirakının gücləndirilməsi" qrant layihəsinin icrasını təqvim planına uyğun olaraq davam etdirir...

İndiyədək QHT-nin layihənin icrası ilə bağlı yaratdığı monitorinq qrupu Azər-Yod MMC və Neftechala Operatinq Company LTD şirkətlərinin mədən ərazilərində monitoringlər aparmış, ətraf mühitin çirklənməsinə, əhalinin təsərrüfat həyatına, sağlamlığına ciddi təsir edən bir sıra nöqsanlar aşkarlayaraq yazılı və çirklənməni əks etdirən şəkillərlə şirkət rəhbərliyinə təqdim etmişdir. Layihə rəhbəri, ekoloq və monitorinq qrupunun üzvləri Azər-Yod MMC-nin Neftçaladakı ofisində şirkətin səlahiyyətli mütəxəssisləri ilə təqdim olunmuş problemlərin birgə həlli ilə bağlı işgüzar müzakirələr aparmışdır. Hazırda QHT qrant layihəsinin icrasının "Problemlərin həlli istiqamətində fəaliyyətlər" mərhələsini yerinə yetirir.

"Ekoloji Maarifçiliyə Yardım" İB yaxın günlərdə keçirilən növbəti tədbirlərində Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədr müavini Əliməmməd Nuriyev iştirak etmişdir. Şura rəsmisi ictimai birliyin layihənin icrası ilə bağlı gördüyü işləri təhlil edərək dəyərləndirmiş, şirkətlərin mədən ərazilərinə yaxın yaşayış məntəqələrindən Yeniqışlaq, Mirqurbanlı kənd, Həsənabad qəsəbələrində sosial proqramlardakı icrasındakı iştirakı vəziyyəti ilə maraqlanmış, layihənin icrasının yekun hesabatlarının hazırlanması ilə bağlı İB üzvlərinə tövsiyələrini vermişdir. Ə.Nuriyev Neftçala rayonunda Dövlət Dəstəyi Şurasından qrant layihələri icra edən digər QHT-lərin işləri ilə də tanış olmuşdur.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Şoyqudan Laçın dəhlizi və Xankəndi ilə bağlı açıqlama

Ara Ayvazyan jurnalistlərə əsəbləşdi: "İlham Əliyevi niyə belə diqqətlə oxuyursuz?"

Kəlbəcər məktəbində biabırçılıq: Prezidentin şəklinə görə pul yığırlar - Video

Xocalı və Xankəndi ilə bağlı yeni xəbər - Video

“Oktyabrda Paşinyan yanlış qərar verdi, bir korpus darmadağın edildi” – Köçəryan açıqladı

Ramiz Mehdiyevin ortağı olan məşhur iş adamı karantində toy elədi – Adı niyə gizlədilib?

Xudavəngə gələn ermənilər kimdən icazə almalıdır? – Açıqlama

Azərbaycanlı milyarderlərin Qarabağla bağlı susqunluğu…

Türk professor koronavirusu məhv edən ən güclü təbii silahı açıqladı

Erməni hərbiçi: “Oldu qardaş, sabah görüşərik...” - Sərhəddə azərbaycanlı-erməni “qardaşlığı”...

loading...

Ən çox oxunanalar