Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Əjdaha" ləqəbli kəşfiyyatçı leytenant - Video

Vətən müharibəsində minlərlə əsgərimiz, zabitimiz iştirak edib, qəhrəmanlıqları ilə fərqləniblər. Onların arasında qazi olanlar və şəhidlik zirvəsinə ucalanlar da var. Barəsində söhbət açacağımız şəhidimiz kəşfiyyatçı leytenant Mayis Yaqubovdur.

Uşaqlıqdan milli ruhda tərbiyə alan Mayisin ən çox sevdiyi musiqi "Anama deyin" mahnısı idi. Anası söyləyir ki, o, həmişə bu mahnıya qulaq asardı: "Ayrı heç bir mahnıya qulaq asmırdı. Telefonunda çox mahnı da olmurdu. Deyirdi ki, bu mahnı çox xoşuma gəlir. Mənə layladı elə bil. Deyirdi, ay ana, yuxumda özümü bayraqla görmüşəm. Heç sən də yuxunda məni bayraqla görmüsən? Bilirəm, müharibə başlayacaq, şəhid olacağam... Sanki hər şeyi əvvəlcədən görürdü..."

Şəhidin atası Rəhim Yaqubov oğlunun uşaqlıqdan hərb sənətinə marağının olduğunu deyir. O, filmlərdə döyüş səhnələrinə maraqla baxar, xüsusən də bıçaq atma hərəkətlərini məşq edərdi. "Dayısı da hərbçi idi. Ona baxıb həvəslənirdi, general olacağını deyirdi. İdmanla məşğul olurdu, bıçaq atırdı. Özünü hazırlayırdı. Deyirdi ki, əsl kəşfiyyatçı düşmənin dilini bilməlidir. Erməni dilini bildiyi üçün onu ali hərbi məktəbdə saxlamaq istəyirdilər. Mayis kəşfiyyatçı olmaq üçün bu dili öyrənmişdi", - deyə atası söyləyir.

Mayis ötən il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirərək, Naxçıvanda hərbi xidmətə başlamışdı. Xüsusi təyinatlı, kəşfiyyatçı zabit leytenant ulduzlarını çiyinlərində həvəslə daşıyırdı...

Körpə yaşlarından cəsurluğu ilə seçilən Mayis 44 günlük müharibədə xalqımızın qəhrəmanına çevrildi. "Balaca vaxtından həmişə yaşını qabaqlayan uşaq olub. Qorxmaz idi, həmişə nağılları sevirdi. Mən də nağıl bilənəm, Mayisi nağıllarla böyütmüşəm. Özünü qəhrəman kimi hiss edirdi. Deyirdi, elə nağıl danış ki, o nağılın qəhrəmanı mən olum", - deyə nənəsi Telli Yaqubova bildirir.

Müharibə başlayanda könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edən qardaşı Etibar deyir ki, 2 il əvvəl Mayislə paradda iştirak edib və o günləri heç vaxt unutmayacaq: "Mən hərbi xidmətdə olanda, 2018-ci ildə ordumuzun 100 illiyi ilə əlaqədar keçirilən paradda Mayislə qarşılaşdım. Bir-birimizdən xəbərimiz yox idi. Paradda hər ikimiz iştirak elədik, qardaşımla xatirə şəkli çəkdirdik. Mən qardaşımla həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm".

Mayis Yaqubov düşmən üzərinə gedəndə hədəfi Şuşa olub. Füzuli istiqamətində, Hadrutun işğaldan azad edilməsində qəhrəmanlıqlar göstərən kəşfiyyatçı leytenantı döyüş yoldaşları "əjdaha" ləqəbi ilə çağırırmış. Xocavənd rayonunun Tuğ kəndinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub.

İyirmi iki yaşlı leytenant Mayis Yaqubov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Şəhid leytenant Qazax rayonunun Daş Salahlı kəndindəki Şəhidlər xiyabanında dəfn olunub. Allah rəhmət eləsin!

piaaz


Etiket: Şəhid


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar