Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Əgər uşağın qızdırması varsa..." - Nazirlik

"Əgər uşağın qızdırması varsa, valideynlər panikaya düşməməlidir, çünki onların həddindən artıq narahatlığı xəstə uşağın ümumi vəziyyətinə mənfi təsir göstərir".

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Hüseyn Qabulov deyib. Onun sözlərinə görə, adətən, uşaqlarda bədən temperaturunun artması orqanizmin hansısa infeksiyaya, əksər hallarda viruslara və ya bakteriyalara verdiyi cavab reaksiyasıdır:

"Uşaqlarda yüksək temperatur kəskin respirator virus infeksiyaları, pnevmoniya və digər xəstəliklərlə müşahidə edilə bilər. Ona görə də, hansı vəziyyətdə temperaturun aşağı salınmasının vacib olduğunu və hansı vəziyyətdə isə gözləməyin mümkün olduğunu fərqləndirmək lazımdır. Qızdırma olduqda uşaq orqanizmi dəri vasitəsilə sürətlə maye itirir. Bədəndə mayenin aşağı düşməsi bütün sistemlərin və orqanların işini əhəmiyyətli dərəcədə çətinləşdirir, eyni zamanda zəhərli birləşmələrin bədəndən kənarlaşdırılması prosesi zəifləyir. Ona görə də, temperatur yüksək olduqda, uşağa kifayət qədər maye içirtmək vacibdir. Körpənin yaşından və onun zövqündən asılı olaraq maye, şirin və qazlı içkilər istisna olmaqla, adi su, qurudulmuş meyvələrin həlimi, meyvə şirələri və s. verilə bilər. Eyni zamanda, maye otaq temperaturunda və ya bir qədər isti olmalıdır. Qusmanı təhrik etməmək üçün maye və ya sulu yemək az porsiyalarla verilməlidir. Bundan əlavə, evdə sağlam mikroiqlim yaratmaq vacibdir. Bu, tənəffüs prosesini normallaşdırmağa və soyuqdəymənin qarşısını almağa kömək edir. Həmçinin körpənin həddindən artıq isti bükülməsi, onun bir neçə ədyal ilə örtülməsi tövsiyə olunmur. Geyimin boş, rahat və təbii parçalardan olması da vacibdir".

Nazirliyin mütəxəssisi bildirib ki, bədənin istiliyi 38 dərəcədən yüksək deyilsə, hərarəti endirmək tövsiyə edilmir:

"Bununla belə, istisna hallar var. Məsələn, əgər uşağınız daha əvvəl qızdırma ilə bağlı qıcolma keçiribsə, temperaturun bir qədər artması ilə özünü pis hiss edir və ya körpənin xroniki, anadangəlmə və ya qazanılmış xəstəliyi olduğu halda, onun temperaturu aşağı salınmalıdır. Belə hallarda həkimlə məsləhətləşərək, 38 dərəcəyə çatmasını gözləmədən dərhal uşağın temperaturunu normal səviyyəyə endirməyə çalışmaq lazımdır. Əgər uşağın hərarəti 38 dərəcədən yuxarı qalxarsa, həkimə müraciət etməzdən əvvəl ona hərarətsalıcı dərmanlar vermək tövsiyə olunur. Müsbət ilkin nəticə körpənin qızdırmasının bir qədər azalması, onun əhvalının və iştahasının yaxşılaşmasıdır. Hərarətsalıcı bir dərman seçməzdən əvvəl həkimə müraciət etmək vacibdir. Onların hər biri müəyyən şərtlərdə daha təsirli olur. Hər bir vəziyyətdə həmin preparatlardan hansının uşaq üçün məqbul olacağını həkim izah edəcək.

Sonda vurğulamaq istərdim ki, ürək çatışmazlığı, şəkərli diabet, immun sistemi çatışmazlığı, xroniki ağciyər xəstəliyi olan və risk qrupunda olan digər uşaqlara qrip peyvəndi vurulması tövsiyə olunur".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Şirvanda görkəmli akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək? – 14 min pul xərcləyəcək

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Ən çox oxunanalar