"Donuz qripi"nə yoluxan türkiyəli müğənni Nilufərin bu dəfə də ciyəri iltihablanıb...
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddətdir müğənninin ağciyərində iltihabi proses gedir.
Ötən aydan bəri H1N1 virusuna yoluxan ifaçı İstanbuldakı özəl klinikaların birində müalicə alır. Həkimlər onun qripə görə istifadə etdiyi dərmanların ağciyərini sıradan çıxardığını bildirib.
Qeyd edək ki, müğənni bundan əvvəl süd vəzi xərçəngindən əziyyət çəkib.
pia.az