Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Deutsche Welle": "Bəlkə də bu gün ABŞ-da prezident başqası olardı..."

Miodraq Şoriç,

“Deutsche Welle” (Almaniya)

Edvard Snouden çoxları üçün qəhrəman, ABŞ hökuməti üçün isə xaindir. O, ABŞ Milli Təhlükəsizlik Agentliyinin nəhəng sayda sənədini ictimailəşdirərək bütün dünyanın gündəminə gəlmişdi. Bu sənədlərdən məlum olmuşdu ki, agentliyin izlədikləri arasında ABŞ-ın düşmənləri də var, dostları da. ABŞ xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı olan Snouden artıq 5 ildir ki, Moskvadadır.

Almaniyanın nüfuzlu “Deutsche Welle” nəşrinin əməkdaşı Miodraq Şoriç Snoudenlə bağlı o vaxtdan bu yana nələrin dəyişdiyindən yazıb:

“Edvard Snoudenin adı günlərlə və həftələrlə dünya KİV-lərinin baş xəbərlərini bəzədi. Mərkəzi Kəşfiyyat İdarəsinə və ABŞ Milli Təhlükəsizlik Agentliyinə işləyən adam 5 il əvvəl onları ifşa etdi. Və dünyaya göstərdi ki, ABŞ xüsusi xidmət orqanları milyonlarla adamı pusub. Həm dostlarını, həm düşmənlərini, həm Almaniya kansleri Angela Merkeli, həm də terrorizmdə şübhəli bildiklərini.

Demək olar ki, hamını izləyiblər. Özü də onlar haqda məlumatları qeyri-qanuni yollarla əldə etməklə. Mərkəzi Kəşfiyyat İdarəsi və ABŞ Milli Təhlükəsizlik Agentliyi üçün hər bir insan şübhəlidir və şübhəli olmaqda davam edir. Hətta amerikalılar özləri də.

ABŞ Milli Kəşfiyyatının keçmiş rəhbəri Ceyms Klapper 2013-cü ilin martında amerikalı konqresmenləri əmin etməyə çalışırdı ki, xüsusi xidmət orqanları ABŞ vətəndaşlarının şəxsi məlumatlarını toplamır. Bu gün isə bunun doğru olmadığını bilirik.

O, and içdiyi halda yalan danışmışdı və buna görə cəzalandırılmadı. ABŞ-ın hüquqi dövlət anlayışı xüsusi xidmət orqanlarının fəaliyyət sahəsinin başladığı yerdə bitir.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Snouden vətəndaşların şəxsi məlumatlarını toplayan xüsusi xidmət orqanlarını damğaladı. “Facebook” və digər iri İT-konsernlərin öz müştərilərinin məlumatlarından necə istifadə etdiyini ictimailəşdirdi.

O, insanların gözünü o fakta açdı ki, əksər smartfon və kompüter istifadəçiləri demək olar ki, öz şəxsi məkanlarından məhrumdular. Çünki “böyük qardaş səni izləyir” prinsipi altında izləmə bizim kədərli reallığımızdır.

İT-menecerlər və xüsusi xidmət orqanlarının əməkdaşları çoxdan möhkəm ittifaq yaradıblar. Hədəf də hər şeyə və hər kəsə nəzarətdir. Öz hərəkətlərini də belə əsaslandırırlar ki, vətəndaşların yaxşılığını istəyirlər.

Snouden nəinki onları gün işığına çıxardı, həmçinin ortaya təsdiqləyici sübutlar qoydu.

İfşa edərkən Snouden həm də xüsusi xidmət orqanlarının cari əməliyyatlarını və konkret şəxsləri təhlükəyə atmamağa xüsusi diqqət göstərdi. O jurnalistlərə bildiklərinin hamısını danışmadı. Lakin bu fakt onu ABŞ siyasətçilərinin qınaqlarından qorumadı. Onlar Snoudeni “vətən xaini” adlandırdılar.

Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton isə ümumyyətlə, Snoudeni yüksək bir ağacdan asılmış vəziyyətdə görmək istədiyini dedi. Niyə? Ona görə ki həqiqətləri deyib?

Edvard Snoudenin ABŞ xüsusi xidmət orqanlarına konkret hansı zərəri vurduğu ilə bağlı verilən sualların heç birinə bugünədək konkret cavab verilməyib. Bununla belə, ABŞ-a qayıdacağı təqdirdə, Snoudeni ölüm cəzası gözləyir. Lakin hələ ki Snouden ABŞ-a qayıtmağı düşünmür.

Bu arada, Snoudenin adı ətrafında ehtiraslar soyuyub. Onun ABŞ xüsusi xidmət orqanlarından qaçışı Rusiyada – gücün, xüsusi xidmət orqanlarının hökmranlıq etdiyi ölkədə başa çatdı. O ölkədə ki, söz və fikir azadlığı məhdudlaşdırılır. Şəxsi məlumatların qorunması da isə yaxın gələcəkdə ruslar üçün yad, az əhəmiyyətli termenə çevriləcək.

Edvard Snouden buna göz yummur və Kremli açıq şəkildə tənqid edir. Snouden xəyanətkar deyil. O, siyasi motivlə təqib olunan şəxsdir və Qərb ölkələri, eləcə də Almaniya ona sığınacaq verə bilmədiyi üçün Rusiyadadır.

Avropalılar amerikalılarla münasibətləri korlamaq istəmirlər.

Şübhəsiz ki, Snoudenin bu gün ABŞ xüsusi xidmət orqanlarından gizlənərək Moskvaya sığınması taleyin istehzasıdır. Başqa rakursdan baxsaq, bu, diqqətəlayiq haldır.

Donald Tramp ABŞ-dakı prezident seçkilərini böyük olmayan fərqlə uddu. Bilirik ki, “Facebook”un bilgiləri Britaniyanın “Cambridge Analytica” şirkətinə prezident seçkiləri ilə bağlı kampaniyaya təsir (respublikaçıların xeyrinə) etməyə yardım etdi. Ona görə də Tramp kiməsə hansısa irad bildirməyəcək.

Amma keçmiş prezident Barak Obama ABŞ vətəndaşlarının məlumatlarını daha yaxşı qorumağı əsas gətirərək Snouden olayından istifadə edə bilərdi. Bu halda “Cambridge Analytica”nın əlinə “Facebook” müştərilərinin məlumatları belə asan keçməzdi. Bəlkə də bu halda bu gün ABŞ-da prezident başqası olardı…

pia.az


Etiket: ABŞ Obama

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar