Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Dedi ki, oğlunu sındırdılar..." - Vəzifəli şəxs intim videolarla şantaj edilib

Hədə-qorxu ilə pul tələb etməkdə və dələduzluqda təqsirləndirilən şəxs hakim önünə çıxarılıb...

PİA.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1974-cü il təvəllüdlü Cabbarov Elşən Mürsəl oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında şahid qismində Qorxmaz Həsənov ifadə verib.

O, deyib ki, oğlu Röyal Həsənov təqsirləndirilən Elşən Cabbarov və digərləri tərəfindən döyülüb, şantaj edilib, hədələnib. Səbəb isə Röyal Həsənovun Elşən Cabbarovun tanıdığı bir qadınla münasibətinin olduğunun öyrənilməsi olub.

Qorxmaz Həsənov söyləyib ki, bu məsələyə görə oğlu bir neçə dəfə Elşən Cabbarov və digərləri tərəfindən hədələnib.

"Bir dəfə də oğlumu restorana çağırmışdılar. Mən də Röyalla getdim. Mən həyətdə gözlədim. Bir neçə dəqiqə sonra içəridən çıxan bir nəfər dedi ki, oğlunu sındırdılar. Onu videoya çəkmişdilər" - deyə Qorxmaz Həsənov bildirib.

Məhkəmə araşdırması davam etdirilir.

İttihama görə, Elşən Cabbarov Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin rəisi Bulat Ağabəyovu şantaj etməkdə və dələduzluqda ittiham edilir.

Belə ki, ilkin məlumata görə, Cabbarov idarə rəisinin intim videogörüntülərini əldə edib. Bununla da rəisi şantaj edərək ayda 7 min manat pul alıb. Aylıq 7 min manatdan əlavə isə nağd olaraq idarə səsindən 110 min manat pul aldığı bildirilən Cabbarova qarşı iki ağır maddə ilə ittiham irəli sürülüb.

Cabbarov Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) və 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.

Bu işdə Cabbarovla əlbir olmaqda suçlanan Təbriz Əsədov, Məmməd Cəfərov, Elza Bunyatova və Şüşəxanım Qədirova da məsuliyyətə cəlb edilib. Həbs edilən iş adamının Salyan rayonu, Bəydili kənd sakini Vüqar Gülüşova qarşı da 220 min manatlıq dələduzluq etdiyi bildirilir.

pia.az


Etiket: dələduzluq

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar