Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Dayanın. Rusiyanın həmsədrliyinin buna nə dəxli var?!" - Zaxarova

Moskvada Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın ənənəvi brifinqində azərbaycanlı jurnalist Moskvada “Lazarev klubu” forumunun keçirilməsi barədə məlumat verib və bildirib ki, həmin tədbirdə Azərbaycanın işğal olunmuş ərazilərindən gəlmiş separatçıların təmsilçiləri iştirak edəcəklər

Virtualaz.org Rusiya XİN-in rəsmi saytına istinadən xəbər verir ki, azərbaycanlı jurnalist Zaarovaya ünvanladığı sualında Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupunun həmsədri olduğunu xatırladıb və forumda separatçıların iştirakını yolverilməz hesab etdiyini bildirib.

Buna cavab olaraq Mariya Zaxarova deyib: “Dayanın. Rusiyanın həmsədrliyinin buna nə dəxli var? Bu məsələləri sualınızda necə uzlaşdırırsınız? Görürsünüzmü, siz özünüz sualınızda elə şeyləri birləşdirirsiniz ki, bunları birləşdirmək lazım deyil. Şübhəsiz ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir və rəsmi səviyyədə üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Eyni zamanda, Moskvada yüzlərlə müxtəlif mövzulu forumlar keçirilir. Əgər sizdə məlumat varsa ki, burada hansısa tərzdə rəsmi şəxslər iştirak edir, zəhmət olmasa, mənə bu məlumatı təqdim edin, aydınlaşdıraram. Məndə belə məlumat yoxdur”.

Rusiya XİN-in rəsmi nümayəndəsi əlavə edib ki, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti tərəfindən tədbirlərin təşkil etməsi Rusiya qanunvericiliyində təsbit olunmuş məsələdir.

pia.az


Etiket: Mariya Zaxarova

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar