Şənbə, 31 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

"Danışıqların faktiki dayanması müharibəni başlamasına rəvac verir" - Politoloq

Ermənistanın Azərbaycana qarşı yeni təxribatlara hazırlaşması, regionda Rusiyanin yeni ssenarisidi. Azərbaycana qarşı çox ciddi təhdidlər var. Prezident İlham Əliyev yerli TV-lərə müsahibəsində bir neçə məsələyə diqqət çəkdi və Rusiyanın bu oyunda olduğunu mesajını vurğuladı. Birinci, Azərbaycan ətrafında hansı oyunların getdiyini bildirməklə, Rusiyanin Ermənistana hərbi yardımlarını və müharibəyə hazırladığını mesajını verdi. İkinci, Ermənistana silahların Xəzər sahili ölkələr üzərindən daşınmasını deməklə, Rusiya müdafiə naziri Sergey Şoyqunun :"Tikinti materialları aparırıq":- sözlərini yalanladı. Üçüncü, Rusiyanın Ermənistana açıq silah göndərməsini bildirdi. Dördüncü, artıq beynəlxalq hüququ tanimayacağını vurğuladı. Və faktiki şəkildə müharibənin qapıda olduğunu və bu hücumun Ermənistan tərəfindən gözlənildiyini açıqladı.

Göründüyü kimi, Rusiyanin Ermənistanı silahlandırması, danışıqların faktiki dayanması, Ermənistanın yeni əraziləri işğal etmək planı müharibəni başlamasına rəvac verir. Ermənistan rəhbərliyi işğal olunmuş ərazilərə yeni silahlar və qoşun birləşmələri yığır. Rusiyadan göndərilən silahlar Qarabağda cəmləşdirilir. Ermənistan yeni təxribatlara başlayarsa, əsasən hücum Goranboy istiqamətində ola bilər. Azərbaycan qəti şəkildə müdafiə mövqeyində olmamalı, əks hücumla bir neçə rayonu götürməlidir. Müdafiə taktikasına keçdikdə, məğlubiyyət qaçılmaz ola bilər.

Ermənistan rəhbərliyinin kəskin ritorikası və yeni ərazilər əldə etmək planı, yeni şərtlər irəli sürməsi, Azərbaycanı qəti hərəkət etməyə sövq edir. Demək olar ki, Minsk formati fiaskoya uğrayıb. Çünki, ErmənistanRusiya tandemi münaqişənin həllində maraqlı deyil. Ermənistan Yeni ərazilər hesabına "Azərbaycanı faktla barışmalı" olduğu tezisilə hərək edirlər.

Artıq Türkiyə administrasiyası Azərbaycana qarşı hücumda yanında olacağını bəyan etdi. Bu, Azərbaycana qarşı Ermənistan və onu bu vəkalət müharibəsində alət edən Rusiya bir mesaj idi. Türkiyənin bu bəyanatı, vəziyyətin mürəkkəb olduğunu göstərir. Və yeni müharibə başlasa, Türkiyə prosesdə yer alacaq.

Rusiyanın hazırkı siyasəti Azərbaycana qarşı kəskin dəyişilib. Görünür, Türkiyənin regiona daxil olması Kremli Azərbaycana qarşı bu siyasətə əl atmağa sövq edib. Nəticədə, Türkiyə-Azər Azərbaycan faktoru bu situasiyadan uğurla çıxacaq. Yeni müharibədə Azərbaycanın torpaq itirməyi olmayacaq.
Bu yazını yazıb qurtardıqdan sonra, ŞəmkirErmənistanin PUA vurulması qeyd edilir. Əgər, bu doğrudan da belədirsə, bu qədər məsafənin qət edilməsi təhlükəsizlik məsələlərini ortaya çıxarır. Müdafiə nazirliyi bununla bağlı rəsmi açıqlama verməlidir. Bundan əlavə, provakasiya edənlər məsuliyyətə cəlb olunmalıdır.

Məhəmməd Əsədullazadə, MCP sədrinin müavini, politoloq

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Əsir götürülmüş azərbaycanlı hərbçilər yaxın məsafədən atəş açılaraq qətlə yetirilib

“Ordumuz Laçın və Şuşada düşməni mühasirəyə alıb” - Açıqlama

Paşinyanın şok məktubu yayıldı: “Qarabağı verək, əvəzində...” - Foto

Ordumuzun məhv etdiyi 12 milyonluq erməni “Smerç”i – Azərbaycanda bu raketdən nə qədər var? 

Putin Təhlükəsizlik Şurasının iclasını topladı

Daha 9 kənd işğaldan azad edildi - Prezidentdən "tvit"

“Putin bir ay susdu, amma indi...” - Qarabağla bağlı plan nədir?

Azərbaycan Ordusunun məhv etdiyi P-18 nədir? - Detallar

Bu da Anna Akopyanın qadın “batalyon”u – Fotolar

Putinin yeni Qarabağ açıqlamaları - Rusiya prezidenti ədalətli mövqe sərgiləyir?...

Azərbaycan ordusu dünyanın ən güclü RLS-lərindən birini Qarabağda məhv etdi

loading...

Ən çox oxunanalar