Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Çox keçməz ki, Rusiya qarşısında qalib Ukraynanı görəcək" - Qubad İbadoğlu

"Fikrimcə, Lend-Liz aktı döyüşlərdə dönüş yaradacaq və müharibənin də taleyini həll edəcək".

Hurriyyet.az xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı alim, ABŞ-ın Rutgers Universitetinin müəllimi Qubad İbadoğlu deyib.

"ABŞ prezidenti Co Bayden mayın 9-da Ukraynaya Rusiyaya qarşı mübarizə üçün lazım olan hərbi texnikanın uzunmüddətli tədarükü prosesini asanlaşdıracaq, bir sözlə Ukraynanın Rusiya üzərində qələbəsini şərtləndirəcək qanun layihəsini imzalayıb. "Ukraunada demokratiya üçün Lend-Liz 2022" adlanan bu proqram çərçivəsində ABŞ Ukraynaya hərtərəfli yardım göstərəcək".

Partiya sədri bildirib ki, ABŞ bu maliyyə ilində, yəni sentyabrın 30-dək Ukraynaya birbaşa hərbi yardım, büdcəyə dəstək məqsədilə ən azı 33 milyard dollar vəsait ayıracaq: "Bayden deyib ki, "mən Ukrayna hökumətini və Ukrayna xalqını, ölkəsini və demokratiyasını Putinin amansız müharibəsindən müdafiə etmək üçün onların apardıqları mübarizəni birbaşa dəstəkləyən başqa bir mühüm aləti təmin edən qanun layihəsini imzalayıram.

Mübarizənin dəyəri ucuz deyil, lakin təcavüzə meyilli olmaq daha baha başa gəlir". Fikrimcə, Lend-Liz aktı döyüşlərdə dönüş yaradacaq və müharibənin də taleyini həll edəcək, onsuz da məğlub durumda olan Rusiya çox keçməz ki, qarşısında qalib Ukraynanı görəcək. Lend-Liz (ing. lend - borc vermək və ing. lease - kirayəyə vermək, müvəqqəti istifadəyə vermək) — İkinci Dünya Müharibəsində müttəfiqləri hərbi sursat, avadanlıq, ərzaq, tibbi avadanlıq və dərmanlar, strateji xammal, o cümlədən neft məhsulları ilə təmin etməklə bağlı qəbul edilmiş ABŞ dövlət proqramıdır".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar