Çərşənbə, 11 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

"Coker" 16 nominasiyada "Oskar"a namizəd olur

"Varner Brosers"“Coker” filmini 16 nominasiyada “Oskar” mükafatına namizəd təqdim etmək kompaniyasına başlayıb...

Kulis.az-ın verdiyi xəbərə görə, şirkət filmin “ən yaxşı film”, “ən yaxşı rejissor”, “ən yaxşı aktyor”, “ikinci planda ən yaxşı aktyor”, “ikinci planda ən yaxşı aktrisa”, “ən yaxşı ssenari”, “ən yaxşı montaj işi” kimi nominasiyalarda yarışa biləcəyini düşünür.

Filmin ekrana çıxmasından sonra bukmeykerlər "Coker"inəsas qəhrəmanını oynayan aktyor Xoakin Feniksi "Oskar"a ən əsas namizəd sayırlar. Aktyoru 18 il ərzində bir dəfə "Oskar"a namizəd təqdim ediblər, amma hələlik onun belə bir mükafatı yoxdur.

“Coker” filminin hansı kateqoriyalarda yarışmaya düşüb-düşməyəcəyiisə 2020-ci ilin 13 yanvarında, Amerika Kinoakademiyası yekun siyahını təqdim edəndə bəlli olacaq.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



loading...

Ən çox oxunanalar