Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Chessable Masters": Şəhriyar Məmmədyarov mübarizəni dayandırıb

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının dördüncü mərhələsində növbəti görüşlərini keçirib.

"Report"un məlumatına görə, 37 yaşlı qrossmeyster "Chessable Masters" adlanan turnirin 1/4 finalında çinli Dinq Lirenlə üz-üzə gəlib. İlk 2 partiyada məğlub olan Məmmədyarov 3-cü dueldən qalib ayrılıb. 4-cü qarşılaşmada isə heç-heçə qeydə alındığından, Azərbaycan təmsilçisi yekunda 1,5:2,5 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.

Digər 1/4 final cütlərində niderlandlı Aniş Giri norveçli Aryan Tari ilə, Karlsen ispaniyalı David Antonla, çinli Vey Yi hindistanlı Rameşbabu Praqqnanandha ilə qarşılaşır. Həmin cütlərdə hələlik qalib müəyyənləşməyib.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır. 19 xala malik Məmmədyarov 12 görüşdən sonra 5-ci pillədə qərarlaşıb. "Chessable Masters"də 16 zəka sahibi çıxış edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar