Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Çexiyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 88%-dən çoxu Azərbaycanın payına düşür"

Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev Çexiya Parlamentinin Deputatlar Palatasının sədri Radik Vondraçekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

PİA.AZ-ın Nazirliyə istinadən verdiyi məlumata görə, nazir Şahin Mustafayev Azərbaycanın Çexiya ilə əlaqələrə önəm verdiyini, ölkələr arasında əməkdaşlığın inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin, bu səfərlər zamanı əldə edilmiş razılaşmaların mühüm əhəmiyyətini qeyd edib. Bildirilib ki, Azərbaycan və Çexiya siyasi, iqtisadi və humanitar sahələrdə sıx əməkdaşlıq edir. İki ölkə arasında 2015-ci ildə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb, möhkəm müqavilə-hüquq bazası yaradılıb. Hər iki ölkənin parlamentlərində qarşılıqlı əməkdaşlıq üzrə dostluq qrupları fəaliyyət göstərir. Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın fəaliyyəti ikitərəfli əlaqələrin inkişafında önəmlidir.

Hazırda Azərbaycanda xidmət, rabitə, ticarət, tikinti və s. sahələrdə 26 çex kapitallı şirkət fəaliyyət göstərir. Çexiyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 88%-dən çoxu Azərbaycanın payına düşür. Ölkələrimiz maşınqayırma, maliyyə, ticarət və qarşılıqlı investisiya qoyuluşu sahələrində əməkdaşlıq edirlər. Əczaçılıq, maşınqayırma, kimya sənayesi, nəqliyyat və tranzit, turizm, İKT sahələrində əməkdaşlıq imkanları genişdir.

Görüşdə qeyd olunub ki, Azərbaycan və Çexiya arasında əlaqələr humanitar sahədə də inkişaf edir, Bakı Slavyan Universitetində Çexiya dili və mədəniyyəti mərkəzi fəaliyyət göstərir.

Öz növbəsində Radik Vondraçek Azərbaycan iqtisadiyyatının şaxələndirilməsini yüksək qiymətləndirdiyini və ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb, Çexiya və Azərbaycan arasında əməkdaşlığın inkişafı perspektivləri barədə fikirlərini bölüşüb. Radik Vondraçek bu gün keçirilmiş Azərbaycan-Çexiya biznes forumunun ikitərəfli iqtisadi əlaqələrə töhfə verəcəyinə əminliyini ifadə edib.

Görüşdə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən faydalanaraq birgə müəssisələrin yaradılması, ticarət əlaqələrində qeyri-neft sektorunun payının artırılması və s. məsələlər barədə fikir mübadiləsi aparılıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar