Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Cəlil Məmmədquluzadənin heykəli Anarın təklif etdiyi yerdə qoyula bilər”

“Bakı şəhərində Cəlil Məmmədquluzadənin heykəlinin ucaldılması ilə bağlı işlər görülür”...

Bunu jurnalistlərə açıqlamasında Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev deyib.

Hazırda Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılması işlərinin aparıldığını bildirən nazir müavini C. Məmmədquluzadənin heykəlin hazırlanması ilə bağlı müsabiqə elan ediləcəyini də qeyd edib: “Heykəli kimin hazırlayacağı məlum olandan sonra ucaldılması ilə bağlı müvafiq işlər həyata keçiriləcək”.

V. Əliyev heykəlin ucaldılacağı məkanın hələ müəyyənləşmədiyini də vurğulayıb: “Yalnız ekspertlərin rəyi nəticəsində heykəlin yeri müəyyənləşdiriləcək. Tağıyevin heykəlinin Bəhram Bağırzadənin təklif etdiyi yerdə qoyulması fikri qəbul olundu. Ola bilsin ki, Anarın verdiyi təklif də ekspertlər tərəfindən qəbul olunsun və heykəl onun dediyi yerdə ucaldılsın”.

Qeyd edək ki, bu ilin əvvəlində Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mədəniyyət xadimləri ilə görüşündə AYB sədri, Xalq yazıçısı Anar Bakıda C. Məmmədquluzadənin heykəlinin ucaldılması təklifi ilə çıxış edib. O, bu yaxınlarda ədibin heykəlinin Qoşa Qala qapısının qarşısında, Mirzə Ələkbər Sabirin heykəlinin yanında qoyulmasını təklif edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar