Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Cargoline" şirkəti müştərilərinə kələk gəlir – Pul alır, məhsulları isə çatdırmır

Bildiyiniz kimi, xaricdən sifariş etmək üçün Bakıda bir çox karqo şirkətləri fəaliyyət göstərir. Bunlardan biri də “Cargoline” şirkətidir. Bu şirkətlə bağlı bu gün redaksiyamıza artıq ikinci şikayət daxil olub.

PİA.az xəbər verir ki, Sonxeber.az-n məlumatına görə, şikayətçi Günel Hümbətova və Rəvanə Vəlixanova oktyabr ayında adı çəkilən şirkət vasitəsilə Türkiyə saytlarından biri olan “Trendyol”dan məhsullar sifariş ediblər, amma hələ də bağlamaları təhvil verilməyib.

Şikayətçi Günel Hümbətova bildirir ki, sifarişin şirkətin Türkiyə ofisinə çatmasından artıq 45 gün keçib, amma hələ də məhsullardan heç bir xəbər yoxdur:

“”Trendyol”dan bir neçə məhsul sifariş etmişdim. Karqo şirkəti olaraq da “Cargoline” şirkətini seçmişdim. 15 oktyabr tarixində bağlamalarım şirkətin Türkiyə ofisinə çatdı. Amma 45 gün keçməsinə baxmayaraq, sifarişlərimi mənə təhvil verməyiblər. Ondan sonra başqa karqo şirkətiylə sifariş verdiyim məhsulları artıq əldə etmişəm. Bunlar isə yalan vədlər verirlər. Gah daha 1 həftə gözləməyimizi istəyirlər, “6-cı gün çatacaq” deyib “yola verirlər”. Axırıncı dəfə də həftənin sonu sifarişin təhvil veriləcəyini desələr də, səs-soraq yoxdur. İndi isə zənglərə cavab vermirlər. Sumqayıtda yaşayıram, oradakı ofislərini bağlayıblar. Guya yenisini açacaqdılar, amma açmadılar”.

Şikayətçi Rəvanə Vəlixanova isə qeyd edir ki, tək o yox, bir neçə qohumları da şirkətin “qurban”ı olub:

“700 tl-lik (təxminən 93 manat) məhsulum hazırda “Cargoline” adlı karqo şirkətindədir. Bu sifarişləri 17 oktyabr tarixində vermişdim, 21 oktyabrda isə onların xarici anbarına çatdı. Aradan 40 gün keçib, hələ də heç biri gəlməyib. Amma hər həftə “bu həftə gələcək” deyib aldadırlar. Axırıncı dəfə də dedilər ki, bu həftənin 4-5-ci günləri təhvil verəcəyik. Mən isə inanmıram. Tək mən yox, qohumlarımızdan da bir neçə nəfər sifariş verib və aldadılıb. Dünən Bakıxanov qəsəbəsində yerləşən ofislərinə getmişdim, bağlı idi”.

Məsələ ilə bağlı şirkətlə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar