Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bunun adı korrupsiya deyil, nədir?" - Qoşqar Təhməzliyə ittihamlar...

Qida Təhlükəsizliyi Agentliyi (AQTA)"Medeks" MMC ilə müqavilə imzalayıb...

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 12 iyulda "Medeks" MMC ilə yeni məhsullar almaq üçün müqavilə imzalayıb

Müqavilənin məbləği 43 min 208 manatdır.

AQTA daha əvvəl də tender yolu ilə eyni firmadan məhsullar alıb. Məhsullar arasında, əsasən, baytarlıq, fitosanitar və qida təhlükəsizliyi müfəttişləri üçün ləvazimatlar olub.

Həmçinin iyulun 7-də Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu laboratoriyalarına ləvazimatların satın alınması üçün "Medeks" MMC ilə 599 min 749 manatlıq başqa müqavilə də imzalayıb.

Maraqlı sayıla biləcək məqam Qida Təhlükəsizliyi Agentliyinin rəhbərinin Qoşqar Təhməzli olmasıdır.

Qoşqar Təhməzli 2008 - 2016- cı illərdə "Medeks” MMC-də baş direktor vəzifələrində çalışıb. MMC-nin iki təsisçisindən biridir.

İqtisadçı Natiq Cəfərli iddia edir ki, indi də şirkət Qoşqar Təhməzliyə məxsusdur: "Yəni adam dövlətin təsis etdiyi agentliyin rəhbəri kimi dövlətin büdcəsindən ayrılan pulla öz şirkətindən avadanlıq alır. Bunun adı korrupsiya, etik qaydaların pozulması, maraqlar konflikti deyil də, bəs nədir?”

Ekspert görə, son zamanlar yaradılmış mənasız qurumlardan biri Qida Təhlükəsizliyi Agentliyidir. O deyir ki, normal ölkələrdə həmin agentliyin funksiyasını məhkəmələr yerinə yetirir: "Hökumət hələ də qavraya bilmir ki, ən yaxşı nəzarətçi - alıcıdır, müştəridir. Əgər normal məhkəmə sistemi olsa, müştəri aldığı keyfiyyətsiz, vaxtı keçmiş, sağlamlığa təhlükə yaradan məhsula görə satıcını məhkəməyə verib böyük məbləğdə kompensasiya alar, bu hal rutinləşsə, heç bir istehsalçı, satıcı keyfiyyətsiz mal satmaz”.(toplum.tv)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Ən çox oxunanalar