Bazar ertəsi, 19 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

"Buna nəyə əsasən qərar veriblər, vallah, mənə çatmır" - Kamil Zeynallı

Tanınmış fitness məşqçisi Kamil Zeynallı koronavirus pandemiyasına görə idman zallarının artıq bir ildir bağlı olmasına münasibət bildirib.

Yenisabah.az-a danışan idmançı bununla bağlı qərarın dəyişməsini vacib sayıb. O, dünya təcrübəsindən istifadə edərək zalların fəaliyyətini bərpa etməyin mümkün olduğunu vurğulayıb:

“İlk növbədə qeyd etmək lazımdır ki, idman zalalrının bağlı qalması insanların sağlamlığına ziyandır. İdman etmək insanları həm xəstəliklərdən qoruyur, həm də mənfi davranışdan, pis əməllərdən çəkindirir. Psixoloji baxımdan da idman insanları pis düşüncələrdən, depressiyadan uzaq edir. Bir sözlə idman sanki bir dərmandır. Amma bir il ərzində zalların bağlı qalmağı düzgün deyil. Rusiya, Türkiyə kimi böyük ölkələrdə idman zalları işləyir, onların əhalisi də, şəhərləri də bizimkində qat-qat böyükdür. Bu ölkələrdə idman zalları işləyir, amma bizdə bağlıdır. Çox maraqlıdır, bu qərarı necə fikirləşib, necə qəbul ediblər?! Metroların bağlı olmasını anladıq, lakin avtobusa insanları çox mindirirlər. 20 nəfərlik avtobusa 40 nəfər adam minib gedir. Sual edirəm, bəs bu xəstəlik yaymırmı?! Bütün böyük restoranlar ağzına kimi adamla doludur. Şadlıq evinə icazə vermirlər. Həmin restoranlarda bircə bəy-gəlin çatmır. Toy yaxud, restoran, heç bir fərqi yoxdur. Restoran, şadlıq evlərini də qoydum qırağa, idman zalları üçün bunu necə fikirləşirlər? Buna nəyə əsasən qərar veriblər, vallah, mənə çatmır. Amma yenə də dövlətdir. Onlar hər halda bizdən daha yaxşı bilərlər. Lakin bizlər də insan olaraq, vətəndaş olaraq analiz edəndə görürük ki, bu, düzgün qərar deyil”.



K.Zeynallı özü payızdan bəri idmanla məşğul ola bilmədiyini deyib:

“Zallar açılsa müəyyən qaydalar təbii ki, qoyulacaq və qaydalara mütləq əməl etmək lazımdır. Nə qayda desələr, biz təbii ki, əməl edəcəyik, amma zallar açılsın. Mən sonuncu idman məşqimi sentyabrın 26-sı etmişəm. Sentyabrın 27-si döyüş başladı, cəbhəyə döyüşməyə getdim. Ondan sonra tutulmaqlarım, başıma işlər gəlməsi, yardımlar və s. idman edə bilmədim. Bunlar heç cür imkan vermədi ki, məşq edim”.

Qeyd edək ki, ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar uzun müddətdir fəaliyyətini dayandıran sahələrdən biri də idman zallarıdır. Vaxtaşırı yumşalmalarla müxtəlif sahələrdəki məhdudiyyətlərin bir qismi aradan qaldırılsa da, idman zalları hələ də bağlı qalır.

pia.az

 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Ermənilərin ümidi qalmayıb, Xankəndini tərk edirlər

Ziyəddin Əliyevin 1.7milyona abadlaşdırdığı parkın acınacaqlı halı - Fotolar

Flora Kərimova: "Məni savadsız kütlənin qarğışına, söyüşünə tuş etdiniz!"

Azərbaycana 100 milyon dollar, Ermənistana isə heç nə - Pentaqona etiraz

Təklənən Rusiya: Putinin yeni planında kimlər olacaq?

Silah anbarlarını Rusiya kəşfiyyatının partlatdığı üzə çıxdı, 18 diplomat ölkədən çıxarıldı

Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi

Şəhid anası: "Atası oğlum şəhid olanda üzə çıxıb pul tələb etdi"

Prezidentin vəzifədən azad etdiyi məmur haqda maraqlı faktlar

Yırtıcını vuran şəxs dərhal cəzalandırılacaq, bəs vətəndaşın ziyanı – Kimə nə...

İlham Əliyev Ramiz Həsənovu vəzifəsindən azad etdi 

Ən çox oxunanalar