Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bulvarda Yeni il daha təmtəraqlı olacaq"

Bulvarda Yeni il bayramına hazırlıqlara başlanılıb...

Axşam.az xəbər verir ki, bu haqda Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı məlumat yayıb. O, parkın fərqli dizaynda, daha rəngarəng və müasir formada bəzədildiyini deyib:

"Bu il bulvarda Yeni il daha təmtəraqlı olacaq. Bütün Dənizkənarı Milli Park ərazisi yeni dizaynda, daha rəngarəng və müasir formada bəzədilir. Artıq Neftçilər prospekti boyunca və bulvar ərazisindəki bütün Şam ağacları və dirəklər çilçıraqlarla bəzədilib. Bulvar boyunca ayrı ayrı rəngarəng kompazisiyalar quraşdırılıb.

Bayram günlərində bulvara giriş istiqamətlərində paytaxt sakinləri və qonaqlar təmtəraqlı bəzəklərlə qarşılanacaq. Artıq Kukla teatrının yanındakı yeraltı keçidin önündə bulvar ərazisi istiqamətində işıqlarla bəzədilən, uzunluğu 67 metr olan tunel düzəldilib.

Bulvar ərazisində iki Yeni il ağacı quraşdırılıb. Bunlardan biri Köhnə bulvar ərazisində Dinamo deyilən yerdə (təxminən 12 metr), digəri Ağ Şəhər Bulvarı ərazisində və təxminən 18 metr hündürlüyündədir.

Bayram günlərində parkda Yeni ilin bütün atributlarına rast gələ biləcəksiniz. Rəngarəng bəzədilmiş retro maşınlar müəyyən ərazilərdə hərəkət edəcək.

Gələn həftədən başlayaraq təxminən 3 həftə ərzində Kukla Teatrının arxasında yerləşən meydanda bayram proqramı təqdim olunacaq. Milli Parka gələn paytaxt sakinləri və şəhərimizin qonaqlarını maraqlı surprizlər, canlı musiqi gözləyir".

pia.az


Etiket: bulvar yeni il

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar