Cümə axşamı, 03 Dekabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

"Bu mayası xarablar hansı üzlə Azərbaycan torpaqlarında yaşamaq istəyəcəklər?"

"Gün gələcək bu bayraq İrəvanda da dalğalanacaqdır"

Bu günlər Azərbaycan mediasında gedən açıqlamalara diqqət etsək Dağlıq Qarabağla bağlı savaş sonrası danışıqlardan çox danışılır. Təbii ki, bizləri məğlub Ermənistanla masaya oturdub bir qrup erməninin haqqını istəyəcəklər. İrəvan Türk Cümhuriyyəti olaraq bizim mövqeyimiz belədir ki, Ermənistanla heç bir danışıq olmamalıdır, çünki bu ölkədə vaxtilə yaşamış  və buradan heç bir hüququ tanınmadan qovulub çıxarılmış, departasiya uğradılmış , soyqırıma məruz qalmış Qərbi Azərbaycan türklərinin haqqı verilmədən heç bir danışıq ola bilməz. 19912 ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar vilayəti də ləğv edilmişdir və burada erməni azlığa aid heç bir qurum yoxdur. 1918-20- illərdə Azərbaycan xalq cümhuriyyəti zamanında da bu ərazidə ermənilərə aid heç bir oluşum olmamışdır. 1918-ci ilin 29 mayında Azərbaycan Milli Şurası İrəvanı Ermənistana güzəşt edərkən ermənilərə şərt qoyulmuşdu ki, Dağlıq Qarabağa, Naxçıvana  və Zəngəzura iddialarından vaz keçəcəklər. Ermənilər buna əməl etmədilər. İndi onlarla hansı danışıqlar ola bilər? Bu millətin mayası xarabdı, indi Qəhrəman ordumuz buradakı separatizmi  kökündən qazımaqdadır, onlar hansı üzlə yenə Azərbaycan torpaqlarına gəlib yaşamaq istəyəcəklər? 

İrəvan Türk Cümhuriyyəti indiki Ermənistan ərazisində hansısa muxtariyyətə iddia etmir. Bizim  məqsədimiz dədə baba torpaqlarımızı işğaldan azad etməkdir. Tarixi ədalətsizlik nəticəsində bizim torpaqlarımızda erməni dövləti qurulmuşdur, bu ədalətsizliyi aradan qaldırmaq üçün mücadilə meydanındayıq. Bizim məqsədimizi anlamayan bəzi  qəzetçilər  son günlər mənim fikirlərimi təhrif edərək guya bizim Ermənistanda azərbaycanlılara muxtariyyət verilməsini iddia etdiyimizi yazırlar. Buna mən etirazımı bildirmişəm.  İTC ermənilərlə bir arada yaşamağın mümkünsüzlüyünü dəfələrlə bəyan etmişdir. Son günlərdə verdiyimiz bəyanatlarda da bu ideya yer almışdır. İndiki Ermənistandan, Qərbi Azərbaycandan olan 5 milyon civarında insanın elə həmin torpaqlarda, öz dədə baba Vətənində yaşamaq  haqqını heç kəs əlindən ala bilməz. Artıq qəhrəman ordumuz Zəngilanı azad edib Zəngəzur sərhədlərində şanlı bayrağımızı dalğalandırır. Gün gələcək bu bayraq İrəvanda da dalğalanacaqdır.

Qafar Çaxmaqlı, Ermənişünas alim, 
İrəvan Türk Cümhuriyyəti təşəbbüs qrupunun rəhbəri

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Araik Arutunyan terrorçuları Xankəndiyə toplayır

“Bu proses Xocalı, Xankəndi və Xocavəndi də əhatə edəcək” 

“Tezliklə biz, ermənilər Rusiya pasportları alacağıq” – “Nyu York Tayms”-ın Qarabağdan reportajı

“Fakt odur ki, Qarabağ münaqişəsi bitdi” - Rusiyalı politoloq

"Qarabağ məsələsində bitərəf ola bilmədiniz" - Cavuşoğlu ilə Pompeo arasında mübahisə yaşanıb

Sumqayıt Polis İdarəsindən inanılmaz qərar: 141 min manatlıq böyük qalmaqal… - Fotofakt

“Müharibədən onlarla dəfə böyük və dağıdıcı faciə qaçılmaz olacaq” – Aslan İsmayılov

Azərbaycan hərbçiləri Kəlbəcərdə qızıl anbarı tapdı - Video

Rusiyadan gözlənilməz qərar - İlhaq etdiyi bölgəyə “S-300” yerləşdirdi

“Stepanakert adı da cəhənnəmə gedəcək, kəmhövsələ olmaq lazım deyil, imkan verək kişi işini görsün”

Azərbaycan əsgərindən erməniyə: “Səndən mənə qardaş olmaz, sən ermənisən” - Şərhsiz video

Bəs Vasif Talıbov deyirdi ki, Naxçıvanda koronavirus yoxdur... - 

loading...

Ən çox oxunanalar