Cümə axşamı, 09 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

"Bu cinayətlərin başında duran..." 

Sabiq Baş prokurordan qalmaqallı müsahibə...

PİA.az Azərbaycanın sabiq Baş prokuroru və ilk Ədliyyə naziri, professor, eks-millət vəkili və Ədalət Partiyasının sədri İlyas İsmayılovun Hit.Az-a müsahibəsini təqdim edir:

- İlyas bəy, Baş prokurorluqda aparılan yeni islahatlara münasibətiniz necədir?

- Bizdə “islahat” sözünün mənası düzgün anlaşılmır. İslahat hər hansı bir mexanizmin işləmə tərzində və prinsiplərində baş verən dəyişikliklərə deyilir. Azərbaycanda isə hələ ki, kadr dəyişiklikləri baş verib. Baxmayaraq ki, Prezident İlham Əliyev yeni Baş prokurorla keçirdiyi virtual görüşdə bundan sonra hüquq-məhkəmə sistemində qanunların aliliyinin əldə rəhbər tutulacağını bildirdi və Baş prokuror Kamran Əliyevə müxtəlif göstərişlər verdi. Prezidentin qanunun aliliyi vədi ilə Baş prokurora verdiyi göstərişlər bir-biriylə tutmayan iki tərs anlayışlardır. Çünki qanunun aliliyi olan yerdə prezident Baş prokurora, hüquq-məhkəmə sisteminə tapşırıq verə bilməz. Ona görə ki, bu iki qurum bir-birindən ayrı hakimiyyət qollarıdır. Hətta bu yaxınlarda ABŞ təcrübəsində gördüyümüz kimi, Baş prokuror yeri gələndə Prezidentin də fəaliyyətini təftiş etmək, hətta onun toxunulmaz hüququna baxmaq, dolayısıyla məhkəmə prosesinə cəlb olunmasına start vermək haqqına malik olmalıdır. Azərbaycanda da prokurorluq orqanlarının bu hüququ tanınmayanadək hər hansı islahatlardan söhbət gedə bilməz.

Prokuroru Prezidentinin göstərişiylə işləyən məmləkətdə qanun heç vaxt öz aliliyini bərqərar edə bilmir. Ona görə deyirlər ki, şahın qanun olduğu yox, qanunun şah olduğu ölkələr əsl sivil dövlətlər sayılır. Axı qanunun tələbləri ortada olduğu halda, Prezidentin tapşırığına nə ehtiyac var? Prokurorun vəzifəsi həmin qanuni tələbləri heç hardan göstəriş almadan olduğu kimi həyata keçirməkdir. Azərbaycanda isə hətta bu dəyişiklik belə göstərişlə həyata keçirilirsə, deməli, islahat da ölü doğulmuş olur.

- Azərbaycanın sabiq baş prokuroru kimi hadisələri necə dəyərləndirirsiniz?

- Mən elə bilirəm, bu suala cavab verdim. Söhbət əgər kadr dəyişikliyindən gedirsə, buna müsbət yanaşıram. Hətta gecikmiş addım sayıram. Çünki bir cəmiyyətdə kadrlar tez-tez bir-birini əvəz etməlidir. Bu əvəzetmələr intensiv olmasa, cəmiyyət də inkişaf edə bilməz və durğunluq yaranar. İstənilən cəmiyyəti tənəzzülə aparan əsas faktor idarəetmə orqanlarında yaranan durğunluqdur. Bizim yaşadığımız tarixdə dünyanın ən güclü dövləti sayılan SSRİ məhz bu durğunluğun qurbanı oldu. Təcrübələr göstərir ki, uzun illər vəzifədə qalan hakimiyyətlər getdikcə mürtəceləşir və ölkəni idarə edən kadrlar öz toxunulmazlıqlarına inanıb azğınlaşırlar. Bu, korrupsiyaya bulaşmış hüquq mühafizə orqanlarında daha böyük problemlərə yol açır. Karl Marksın məşhur bir sözü var: “Xalqın mənəviyyatı iki halda pozulur: Birincisi, cinayət var, cəza yoxdur, ikincisi, cəza var, cinayət yoxdur. Nə yazıq ki, bizdə bu iki halın ikisi də mövcuddur. Təsəvvür edin, Prezident özü ölkədə prokurorluq orqanlarının korrupsiyaya bulaşdığını, hərc-mərcliklə məşğul olduğunu, məhkəmə qərarlarının qanunsuz çıxarıldığını etiraf edir. Bütün bu cinayətlərin başında duran, Baş Prokurorluğun “boz kardinalı” adlanan adamın işini yüksək qiymətləndirir, mükafatlandıraraq işdən çıxarır. Halbuki Prezidentin saydığı cinayətləri törədən şəxs ən ağır məsuliyyətə cəlb olunmalı idi. Mükafatlandırılmalı deyildi. Bütün bunlara baxmayaraq, hesab edirəm ki, gec də olsa, prokurorluq orqanlarının adını korlayan həmin adamlar işdən uzaqlaşdırıldılar. Yeni Baş Prokuror haqqında isə müsbət fikirlər deyirlər. Prezidentin yeni təyin etdiyi DTX sədri Əli Nağıyev də, Daxili İşlər naziri Vilayət Quliyev də son zamanlar apardıqları əməliyyatlarla vətəndaşlarda ümid hissi yaradıblar. Xüsusilə Əli Nağıyevin son vaxtlardakı fəaliyyəti təqdirəlayiqdir. Bir çox harınlamış icra başçıları, Mədəniyyət Nazirliyinin işçiləri məhz onun sayəsində ifşa olundular. Amma korrupsiyaya qarşı aşağıda başladılan əməliyyatlar mütləq genişləndirilməli, korrupsiya mexanizminin ən yüksək zirvələrinə qədər çatmalıdır. Hesab edirəm ki, Kamran Əliyevin Baş Prokuror təyin olunmasıyla bu proses daha da dərinləşəcək. Əks halda yalnız icraçılarla bu işi məhdudlaşdırmaq korrupsiya mexanizminin kökünü kəsməyə kifayət etməyəcək. Əksinə, budama əməliyyatı kimi, onun daha da pöhrələnməsinə və güclənməsinə gətirib çıxaracaq. Bu mənada yeni Baş Prokurorun öhdəsinə ağır məsuliyyətlər düşür. O, bu önəmli işdə DTX-ya və DİN-nə lazımi dəstəyi verməli, hətta bir çox məqamlarda özü ön plana çıxmalıdır.

Mənim yeni Baş prokuror Kamram Əliyevdən əsas gözləntilərimdən biri mərhum jurnalist Elmar Hüseynovun qətlinin yekunlaşdırılmasıdır. Bu cinayət işinin indiyədək bağlı qalması cəmiyyətimizdə xeyli söz-söhbətlərin dolaşmasına səbəb olur və insanların öz dövlətinə qarşı inamsızlığını artırır. Hesab edirəm ki, bu cinayət işinin yekunlaşdırılması, xüsusilə cinayətin sifarişçilərinin aşkarlanması prokurorluq orqanlarının bir nömrəli vəzifəsi olmalıdır.

- Baş Prokurorun birinci müavini Rüstəm Usubovun gedişi və Elçin Məmmədovun Baş Prokurorun birinci müavini təyin edilməsi prokurorluq orqanlarında nəyi dəyişdirə biləcək?

- Açığı, Elçin Məmmədovu tanımıram. Öz işinə necə prinsipial yanaşacağı barədə də bir fikir deyə bilmərəm. Mən prokurorluqda çalışdığıma görə, onların işinə qiymət vermək istəmirəm.

- Sizcə, aparılan islahatlar davam edəcəkmi?

- Məncə, kadr dəyişiklikləri təkmilləşdirilərək əsl islahat səviyyəsinə yüksəlməlidir. İslahatın nə olduğu barədə təkrarçılığa yol vermək istəmirəm. Təkcə onu qeyd etmək istəyirəm ki, prokurorluğun ümumi nəzarət funksiyası və nəqliyyat prokurorluğu bərpa edilməlidir.

- Və sonda, bu sahədə həbslər gözlənilirmi?

- Cinayət törədən hər kəs kimliyindən asılı olmayaraq, həbs olunmalıdır.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Ramiz Mehdiyev təcili həbs edilməlidir” - Partiya sədrindən ittiham dolu açıqlama

Oğlunu Həzrəti Əli ilə müqayisə edən Siyavuş Novruzova cavab

Oqtay Şirəliyevin Bakıda 1 hektarlıq villasının görüntüləri yayılıb – Foto

Müdafiə Nazirliyinin generalı niyə işdən çıxarılıb? – İlginc faktlar

Oqtay Gülalıyevin oğlundan sensasion açıqlamalar

DİN rayonlarda “Subsidiya” əməliyyatına başladı, 10-dan artıq şirkət rəhbəri saxlanıldı - Yenilənib

Hansı rayonda neçə koronavirus xəstəsi var? - Siyahı

Elmarın 17 anı - Məmmədyarovun baharını qışa çevirən səbəblər

Ramiz Mehdiyevlə bağlı məsələ böyüyür: “O, belə ifadələr işlədib”

Sabunçunun icra başçısının supermarketə “səlib yürüşü”: Təxribat, yoxsa ağılsız səhv? - Video

"Ey bizim ölkənin həkimləri, hörmətli TƏBİB-i başa salın ki..." - Elnarə Xəlilova

Yay, pandemiya və susuzluq... - Buzovnada müsibət içində müsibət...

loading...

Ən çox oxunanalar