Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Böyükşor gölünü qurudub, yerində park salmaq lazımdı” - ekspertdən sesnsasion təklif

Əzim Məsimov: "1970-ci ildə göldə qəza baş verəndə İşçi Qrupun rəhbəri olaraq aşkarladım ki..."

Son zamanlar Bakının müxtəlif ərazilərində hiss olunan kəskin qoxunun mənbəyinin Böyükşor gölü olduğu deyilir.

Hazırda göldən ətrafa niyə bu cür qoxunun yayılmasının səbəbləri araşdırılır. Aidiyyatı qurumlar bunu bir neçə gün əvvəl “Sobsan” boya fabrikində baş vermiş yanğınla əlaqələndirir, yanğın nəticəsində kimyəvi maddələrlə qarışmış suyun Böyükşor gölündə fəsadlar yaratdığını bildirirlər. Amma əraziyə yaxın yerdə yaşayan sakinlər bunun “Sobsan” da baş verən yanğınla heç bir əlaqəsi olmadığı fikrindədirlər. Onlar deyilər ki, artıq neçə illərdir həmin ərazidən üfunət iyi gəlir. Yay vaxtı bu qoxu daha da kəskinləşir və ətrafa yayılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mediaya verdiyi açıqlamada bildirilirdi ki, yayılan qoxu gölə axıdılan kanalizasiya suları ilə bağlıdı. Nazirlikdən verilən açıqlamada vurğulanırdı ki, havanın isti və durğun keçməsi kanalizasiya sularının qoxusunun ətrafa yayılmasına səbəb olub.

Qeyd edək ki, ötən gündən etibarən Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı əsasında müvafiq işlərə başlanılıb. Böyükşor gölündə yaranmış çirklənmənin aradan qaldırılması işləri Baş nazirin birinci müavini Yaqub Eyyubov tərəfindən nəzarətə götürülüb. Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və hüquq-mühafizə orqanları baş vermiş hadisənin səbəblərini araşdırır.

Bəs, bu qoxu həqiqətən də böyük əraziyə yayıla bilərmi? Göldə təmizlik işlərinin vaxtlı-vaxtında aparılmamasının səbəbi nədir?

Bu və ya digər suallarla bağlı “Yeni Müsavat” Bakı Baş Tikinti İdarəsinin keçmiş rəisi, ekspert Əzim Məsimovun fikirlərini öyrənib.

Onun sözlərinə görə, illər əvvəl də Böyükşor gölündə belə fəsadlar olub:

“1970-ci ildə Böyükşor gölü tamam dolmuş, yolu yuyub aparmışdı. Bu səbəbdən də onda aeroporta gedən yolu bağlamışdılar. O zaman hökumət təcili qərar qəbul etdi, Böyükşor gölünün başqa bir əraziyə axıdılması ilə bağlı tədbirlər planı təsdiqlədi. Qərarın icrasını da Bakı şəhər Sovetinə həvalə etdilər. İşçi qrupu yaradıldı, məni sədr təyin etdilər. Böyük bir layihə hazırlandı, gölün suyunu xüsusi nasos stansiyası ilə Bakı Yod Zavodunun kanalına axıdılması qərara alındı. O layihə əsasında böyük nasos stansiyası tikildi, təmizləyici qurğu yaradıldı. Qısa müddət ərzində bu sistem işə düşdü. Birinci etapda bu layihə həyata keçirildi. Amma gölə bu suların hardan gəlməsi məni çox narahat edirdi, ona görə də qərara gəldim ki, gölün akvatoriyası üzrə müşahidələr aparım. Demək olar ki, hər tərəfini gəzdim, araşdırdım. Şəhərdən Binəqədiyə gedən yolda körpü var, onun həm sol tərəfində su çıxdığını, həm də yolun digər tərəfində - 325 mm-lik borudan su axdığını gördüm. Həmin ərazidə daha bir yerdən də suyun çıxdığının şahidi oldum. Bunları müəyyənləşdirib, rəhbərliyə məlumat verdim. İşçi qrupu ilə həmin istiqamətə getdik. Novxanıda Zəligöl var, heç demə, orda 900 mm-lik boru partlayıb, o su da gölə axır. Məsələ böyüdü, müzakirəyə qaldırıldı, Bakı Su Kəmərləri İdarəsinin rəisi vəzifəsindən kənarlaşdırıldı. Bir həftə ərzində axmaların qarşısı alındı. Əsas mənbə içməli su mənbəyi idi, tədbirlərdən sonra su axını dayandı. Orda yığılmış su Ramana Yod zavodunun kanalına ötürüldü.

İkinci mənbə isə gölün ətrafındakı yaşayış məntəqələrinin kanalizasiya suları idi, onlar gölə axırdı. Balaxanı tərəfdən böyük neft mədənindən də sular gölə axıdılırdı. Onda da neftlə bərabər çıxan suların gölə axıdılmasının qarşısı alındı”.

Sabiq sovet mütəxəssisi: "Bakıda ən böyük fəlakət məhz budur və ...

Ekspert qeyd edir ki, o zamandan qalan bir problem hələ də həllini tapmayıb: “Yalnız binaların kanalizasiya suları ilə bağlı aparılan işlər axıra çatdırılmadı. Sonra həmin ərazidə böyük İdman Stadionu tikildi, bundan sonra gölün ərazisi kiçildi. Daha sonra ordan Balaxanıya yol da çəkildi, ətrafa çoxlu evlər köçürdülər, ora su gəlməsi azaldı. İllərlə yığılmış zibilərdir ki, su azalanda üzə çıxır, iy yayılır.

O vaxt, hökumət İqtisadi İnkişaf Nazirliyinə 180 milyon manat vəsait ayırdı, mən o dövrdə anlaya bilmədim ki, nəyə görə məhz bu quruma? Pul ayırdılar ki, ərazi rekultivasiya edilsin, bununla da gölü istirahət mərkəzinə çevirəcəklər. Onda öz-özümə sual verdim ki, kanalizasiya suyu axıdılan bir ərazidə istirahət mərkəzi düzəldərlər? O gölü necə təmizləmək olar, axı ora yığılan əsasən çirkab sulardı?!”

Böyükşordan pis qoxu gəlməsinin səbəbinin “Sobsan”da baş verən yanğınla əlaqəli olmadığını deyən Ə.Məsimov bildirib ki, gölün suyu azaldığına görə, dibində olan çöküntülər pis qoxunun yayılmasına səbəb olub: ““Sobsan” yandı qurtardı, bu qısa müddətdə ola bilər. Ancaq göldən hər il iy gəlir, yayda buxarlanır, həmin yeraltı çöküntülər üzə çıxır, o da iylənmə əmələ gətirir. İndi bununla bağlı məsələnin araşdırılması bir neçə quruma həvalə olunub. Hazırda göldə Fövqəladə Hallar Nazirliyi müəyyən üsullarla suyu təmizləməyə başlayıb. Bu, tamamilə lazımsız bir işdir. Bunu etməyin mənası yoxdur. Çünki o su kanalizasiya suyudur”.

Müsahibimizin fikrincə, bu məsələnin bir həlli yolu var: “O kanalizasiya suyunun mənbəyi olan evlər orda az sayda qalıb. Onları da yığışdırsınlar. Orda yaşayan əhaliyə ev verib, köçürsünlər. Gölü torpaqla doldursunlar. Orda yaxşı bir yaşıllıq sahəsi yaratsınlar. İstirahət üçün əlverişli yer ola bilər. Yalnız bu şəkildə onun qarşısını almaq mümkündür. Böyükşoru tamamilə qurutmaq lazımdır, onun mənbəyi yoxdur, ora kənardan daxil olan sularla doldurulub”.

pia.az 


Etiket: Böyükşor


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar