Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bölgələrə gedəcək kadrları vergidən azad etmək lazımdır" - Ekspert

Bu il regionlarımızda fəaliyyət göstərən universitetlərin sayının artacağı bildirilib. Bu barədə tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov məlumat verib.

Onun sözlərinə görə, Xəzər Universitetinin Gəncə şəhərində filialı fəaliyyətə başlayacaq. Artıq Tədris binası və yataqxanasında son təmir, tamamlama işləri aparılır. Daha ətraflı məlumat əldə etmək üçün K.Əsədovla əlaqə saxladıq.

Ekspert “Sherg.az”a bildirdi ki, təhsilin əlçatanlılığı, regionların sosial-iqtisadi inkişafı üçün bölgələrdə ali və orta ixtisas təhsili müəssisələrinin açılması çox zəruridir: “Hazırda ölkəmizdə yüzdən çox özəl lisey var. Həmçinin bir çox universitetlərin məktəbləri də fəaliyyət göstərir. Məsələn, Bakı Dövlət Universitetinin (BDU) gənc istedadlar liseyi, Azərbaycan Diplomatik Akademiyası (ADA) və Bakı Slavyan Universitetlərinin liseyi, Xəzər Universitetinin dünya məktəbi var. Amma bunların hamısı paytaxtımızda yerləşir. Regionlarımızda da müasir standartlara cavab verən, maddi-texniki bazası yaxşı olan təhsil müəssisələrinə ehtiyac var”.

-Regionlarda filalların açılmasının müsbət tərəfləri hansılardır?

“Regiondakı filiallarda təhsil alan zaman şagirdlər ali təhsil müəssisəsi ilə daha yaxından tanış olurlar. Bu, gələcəkdə onların düzgün ixtisas seçiminə müsbət təsir göstərir. Qeyd etdiyim universitetlərin regionlarda məktəbi olarsa, həmin məktəblərdə oxuyan şagirdlər məlumatlı olarlar. Çünki onlar zaman-zaman həmin universitetə eksursiyaya gəlirlər. Ali təhsil müəssisəsinin nəzdindəki kolleclərin mərkəzi olmalıdır ki, universitetin öz məzunları pedaqoji təcrübə üçün ora üz tutsunlar. Bu da şagirdlərdə həvəs yaradacaq. Tələbələri görəndə daha da həvəslənəcəklər, onların şüuruna müsbət təsirləri olacaq. Azərbaycan təkcə Bakıdan ibarət deyil.

Regionlarımızda da müasir məktəblər inkişaf etməlidir. Ona görə də Xəzər Universitetinin bu addımını uğurlu hesab edirəm. Məsələn, BDU-nun Qubada Təlim-Tədris Mərkəzi var. Bu mərkəz açılandan sonra həmin bölgədən BDU-ya qəbul olanların sayında ciddi artım olub. Çünki gənclər universitet haqqında müəyyən məlumata malik olurlar.

Təəssüf ki, ölkəmizdəki 54 universitetin 44-ü Bakının payına düşür. Regionlarımızda universitetlərin sayı azdır. Bu, həm paytaxtın yüklənməsinə, eyni zamanda regionların sosial-iqtisadi inkişafına mənfi təsir göstərir. Bu gün ölkənin 175 min tələbəsi var. Həmin tələbələrin 140 min nəfəri Bakıdadır. Bu, kifayət qədər böyük rəqəmdir. Düşünürəm ki, regionlarda ali təhsil müəssisələrinin mərkəzləri açılmalıdır ki, 10-11-ci sinifdə oxuyan şagirdlərə gələcəkdə ixtisas seçimi üçün yardım olsun.

-Başqa hansı universitetlərin mərkəzləri açıla bilər?

- BDU-nun Qazaxda, İqtisad Universitetinin Zaqatalada filialları var. Amma onlar həmin bölgələrdə ictimaiyyətə açıq qurumlar deyil. Yalnız tələbə hazırlayırlar. Orta məktəb bazasına fikir verilməlidir. Yəni 9-11-ci sinif şagirdlərinin ixtisas seçimi üçün məktəbləri olmalıdır. Necə ki, Xəzər Universitetinin dünya məktəbi var, eyni zamanda BDU-nun gənc istedadlar liseyi Gəncədə, Sumqayıtda, Lənkəranda və digər iri şəhərlərdə olmalıdır. Bu, həmin bölgələrdəki şagirdlərdə yüksək motivasiya yaradacaq. Bakı Ali Neft Məktəbindən gözləntim var. Hazırda Azərbaycanın böyük nüfuza malik olan universitetinə çevrilib. Yeni yaranmasına rəğmən Bakı Ali Neft məktəbinin regionlarda filialı olmalıdır. Yəqin ki, pandemiyadan sonra universitetlərimiz bölgələrə doğru daha geniş açılacaqlar.

-Bəs regionlarda filialların açılması təhsilin səviyyəsinə necə təsir göstərəcək?

-Açılacaq filiallar özəl sektor olanda daha keyfiyyətli təhsil verməkdə maraqlı olur. Çünki dövlət təhsil müəssisələri büdcə hesabına maliyyələşirlər. Məsələn ölkədə 4447 orta məktəbi var. Amma özəl məktəblərin sayı 100-ə yaxındır. Pandemiya dövründə özəl sektorla dövlət sektorunu müqayisə etdikdə görürük ki, özəl sektor daha maraqlıdır. Ona görə də özəl sektor regionlarda olsaydı, onlar daha keyfiyyətli distant təhsil verəcəkdilər. Bu gün şagirdlərimiz üçün təhsilin əlçatanlığı pandemiya dövründə tam şəkildə təmin edilmədi. Amma özəl sektor bunu tam şəkildə verdi.

-Regionlardakı mərkəzlərdə çalışmaq üçün lazımi kadr potensialı varmı?

-Ölkəmizdə kadr potensialı yetərincədir. Məsələn MİQ-in imtahanına 53 min insan sənəd verib, vakant yerlərin sayı isə 8 mindir. 45 min müəllim kənarda qalacaq. Dövlət bu sahədə öz mövqeyini ortaya qoymalıdır. Bölgələrə gedəcək kadrları vergidən azad etmək, faizsiz kreditlər vermək lazımdır. Çünki xalq üçün iş görürlər. Nə qədər çox müəssisə açılarsa, bu, əlavə iş yerlərinin açılması deməkdir.

-Maddi-texniki bazar yetərlidirmi?

-Hansı universitetin ki, maliyyəsi var, onlar filial və mərkəzləri açır, maddi- texniki baza yaradır. Xəzər universitetinin maliyyəsi var idi. Digərləri isə bu məsələdə operativ deyillər. Daha doğrusu pullarını qoruyurlar. Ona görə də dövlət bu sahədə kredit ayırarsa, layihələri dəyərləndirərsə, biznes proyektlərinə dəstək verərsə, regionlarda özəl təhsil sektoru inkişaf edər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar