Bazar ertəsi, 18 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

"Bizim belimizi bu əməliyyat qırdı..." - Ermənilərdən yeni etiraflar

"Azərbaycan Ordusunun kəşfiyyatı az qala İrəvana belə nüfuz etmişdi".

Ölmüş erməni əsgərlərinin qohumları” İctimai birliyinin sədri Arsen Asatryan erməni mətbuatına maraqlı bəyanatla çıxış edib. Axar.az-a xəbər verir ki, Asatryanın Ermənistan silahlı qüvvələrinin komandanlığı ilə danışıqları zamanı dedikləri Ermənistanda rezonansa səbəb olub.

Asatryan bildirib ki, 44-günlük müharibədə Azərbaycanın ən güclü silahı pilotsuz uçuş aparatları ilə yanaşı, xüsusi təyinatlı kəşfiyyatı olub.

Azərbaycan Ordusunun kəşfiyyatı az qala İrəvana belə nüfuz etmişdi. Dünyanın ikinci belə güclü kəşfiyyatı ola bilməz. Müharibədə, məhz Hadrutda xidmət aparan oğlum Artur Asatryan ölümündən öncə mənə bir çox gizli məlumatlar danışa bilmişdi. O deyirdi ki, Azərbaycan kəşfiyyatı bizim atacağımız hər addımı öncədən bilirdi. Elə bil torpağın özü onlara kömək edirdi.

İkincisi, bizim ordumuz xaos vəziyyətində idi. Azərbaycan tərəfi psixoloji olaraq da bizdən üstün idi. Azərbaycan əsgəri haqda o qədər rəvayətlər gəzirdi ki, hamı istər-istəməz qorxu içində idi.

Sizə onu da deyim ki, bizim ordumuzun onurğa sütununu Azərbaycan tərəfi məhz 10 oktyabr günü Hadrut əməliyyatı zamanı qıra bildi. Biz o gündən sonra didərgin düşdük”, - deyə Asatryan qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Azərbaycanda yeni partiya yaradıldı, Qubad İbadoğlu sədr seçildi

Rusiya təyyarələri xəbərdarlıq vərəqləri səpib: T-90 tankları bölgəyə göndərilir...

Prezident: 18 oktyabr gününü böyük təmtəraqla qeyd etmək, kiməsə buna görə minnətdar olmaq tamamilə yersizdir

Prezident İlham Əliyev və Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar - Yenilənib

Prezident və Birinci xanım Füzulidə belə qarşılandı - Video

Qarabaşaq sıyığın düzgün bişirilməsi qaydaları

ABŞ “F-35”-ə ödənilən vəsaitin əvəzinə Türkiyəyə "F-16" qırıcı təyyarələri təklif edib

Eldar Mahmudovla bandasının ifşasından 6 il ötür - Təfərrüat

Ən çox oxunanalar