Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bizə əvvəlkindən də yaxşı evlər tikilib, yaşayış üçün hər cür şərait yaradılıb"-Reportaj,Foto

Zəlzələdən zərər çəkmiş sakinlər bu barədə danışıb

Bu ilin fevral ayının 5-i və 6-da Şamaxıda qeydə alının güclü zəlzələ nəticəsində Şamaxı, Ağsuİsmayıllı rayonlarında dağıntılar baş verib. Ən çox dağıntı isə Şamaxıda qeydə alınıb. Hadisədən dərhal sonra Prezident İlham Əliyevin göstərişi ilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları rayona ezam edilib. Ölkə başçısı özü də fevral ayında zəlzələ baş verən Şamaxı rayonuna səfər edib. Prezident zəlzələdən zərər görən sakinlərlə görüşündə bərpa olunması mümkün olan evlərin bərpa olunacağını, mümkün olmayan evlərin isə yenidən tikiləcəyini bildirib.

Tikinti meydançası

Hadisədən bir ay sonra - mart ayında ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxıda zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərlə yerində tanış olmaq üçün yenidən rayona səfər edib. Həmin səfər çərçivəsində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bərpa işləri aparılan bir neçə evdə olub, zəlzələdən zərərçəkmiş ailələr üçün tikiləcək yeni yaşayış binasının təməlini qoyublar. Prezident İlham Əliyev zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində lazımı göstəriş və tapşırıqlarını verib.

Şamaxıda zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərlə tanış olmaq məqsədi ilə bu gün jurnalistlərin Şamaxıya media-turu təşkil edilib. APA-nın Şamaxıya ezam olunmuş müxbiri xəbər verir ki, rayon hazırda böyük tikinti meydançasını xatırladır. Burada zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində çox böyük işlər görülür.

547 evi qəzalı kimi tanınıb və tikintisinə başlanılıb

Şamaxı şəhərinin 20 yanvar küçəsində 44 mənzilli 4 mərtəbəli və 20 mənzilli 5 mərtəbəli binalar inşa olunur. Həmin binaların oktyabrın ortalarında təhvil veriləcəyi gözlənilir. Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndəsi Həsən Qasımzadənin sözlərinə görə, ümumilikdə Şamaxı, İsmayıllıAğsu rayonları ərazisində zəlzələdən zərər çəkmiş 2200-dən çox ev bərpa olunur: "Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərindən ibarət 36 qrup regionda evlərə baxış keçirib. Həmin evlərin qəzalı və ya təmirə ehtiyacı olduğu müəyyənləşdirilib. Bu günədək Komissiyalara vətəndaşlardan 10649 müraciət daxil olub, müraciətlərdən 10608-nə baxılıb. Yaşayış olmayan evlərlə bağlı müraciətlərə isə baxılmayıb. Qəzalı vəziyyətdə olan fərdi yaşayış evlərinin yenidən tikilməsi üçün bizim layihə institutlarında smetalar hazırlanıb, bu gün də bu istiqamətdə işlər davam edir. Komissiyanın rəyinə uyğun olaraq, regionda 547 fərdi yaşayış evi qəzalı kimi tanınıb və tikintisinə başlanılıb. 251 fərdi yaşayış evinin tikintisi başa çatıb, digərlərinin tikintisi isə davam edir. Bununla paralel bərpaya ehtiyacı olan evlərin bərpası ilə bağlı Komissiyaların rəyi təsdiq olunub. Ümumilikdə, 2192 fərdi evin bərpaya ehtiyacı olduğu müəyyən edilib. Bu günə kimi 1339 fərdi evdə bərpa işlərinə başlanılıb. 449 fərdi evdə bərpa işləri yekunlaşıb, digərlərində isə işlər davam edir. Bütün tikinti-bərpa işləri Prezident İlham Əliyevin Sərəncamı əsasında və Heydər Əliyev Fondunun Regionların İnkişafı İctimai Birliyinin dəstəyi ilə aparılır. Hər 3 rayonda tikilən və bərpa edilən evlərin keyfiyyətinə texniki qruplar tərəfindən nəzarət edilir. Bu günə kimi təhvil verilən evlərin keyfiyyəti ilə bağlı vətəndaşlardan heç bir şikayət daxil olmayıb".

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı

Media nümayəndələri daha sonra yeni tikilən fərdi evlərlə tanış olublar. Sakinlər yaradılan şəraitə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür ediblər.

Zəlzələ nəticəsində evi yararsız hala düşmüş Mehparə Bağırova evin 1953-cü ildə tikildiyini qeyd edib: “Bu səbəbdən də ev zəlzələ zamanı yararsız hala düşmüşdü. Prezident İlham Əliyevin tapşırığı ilə evimiz söküldü və yüksək keyfiyyətlə yenidən tikildi. Evdə yaşayış üçün bütün şərait yaradılıb, mebellər və digər lazımi avadanlıqlar quraşdırılıb. Evimlə bağlı heç bir narazılığım yoxdur. Götərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. Əvvəl evimiz 2 otaq, 1 balkondan ibarət idi. Yeni tikilən evimiz isə 4 otaq, 1 mətbəxdən ibarətdir. Bizim üçün lazım olan hər şeyi ediblər".

Rayon sakini Ellada Süleymanova da zəlzələ zamanı evinin yararsız hala düşdüyünü qeyd edib: "Evdə yaşamaq mümkün deyildi. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi və dəstəyi ilə evimiz yenidən tikilib. Evdə tikinti işləri yüksək səviyyədə aparılıb, yaşayış üçün bütün şərait yaradılıb. Evimiz indi əvvəlkindən də yaxşı vəziyyətdədir”.

Zəlzələ nəticəsində evi yararsız hala düşən Hicran Gülməmmədova isə zəlzələdən sonra prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Şamaxıya səfəri zamanı görüşdə iştirak etdiyini deyib: "Evimizin qəzalı vəziyyətə düşdüyünü bildirdim. Heç bir gün keçməmiş aidiyyəti şəxslər evimizə gəlib vəziyyətlə tanış oldular. Evimiz əvvəlkindən də yaxşı vəziyyətdə tikildi. 3 otaqlı evdir, hər cür şərait yaradılıb. Yoldaşımla birlikdə 2 aydır evimizə köçmüşük, evləı bağlı heç bir problemimiz yoxdur. Qarşıdan qış gəlir, artıq rahatlıq ki, evimiz hazırdır. Evin təmir-tikintisi yüksək səviyyədə aparılıb, çox razıyıq”.

Sonda media nümayəndələri Şamaxının Aşıq Məmmədağa küçəsində 110 mənzilli binanın tikintisi ilə də tanış olublar. Binanın oktyabrın sonuna qədər təhvil veriləcəyi gözlənilir.

Qeyd edək ki, Ağsuİsmayıllıda zəlzələnin fəsadlarının aradan qaldırılması üçün işlər davam edir. Belə ki, Ağsuda 249 fərdi ev tikilir ki, onun 109-u artıq təhvil verilib. İsmayıllıda isə 95 fərdi ev tikilir, onun da 52-si təhvil verilib. Bundan əlavə, Ağsuda 488 ev bərpa olunur ki, onlardan 162-si təhvil verilib. İsmayıllıda isə 337 bərpa olunur ki, onlardan da 110-u təhvil verilib.

pia.az

Fotolar




Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar