Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Biz keçmişi unutmamalı, tarixdən dərs götürməliyik"

Xalqımıza qarşı bu kimi qanlı hadisələrin baş verməməsi üçün Azərbaycan xalqı bir olub düşmənlərinə qarşı dünyanın hər yerində mübarizə aparmalıdır!...

Politoloq Zaur Məmmədov yazır...

Tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1918-ci ilin mart ayının sonunda qarşılaşıb. Bu faciənin yaşanması xalqımızın tarixinə qara hərflərlə yazılıb. 31 mart soyqırımı əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımların daha bir dəhşətli təzahürüdür.

1918-ci ilin mart ayından etibarən əks-inqilabçılarla mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlanıb.

Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilib. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilib, kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılaraq məhv edilib.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirib. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin təhqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul edib. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırıb. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılıb. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. Ümummilli liderimiz Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırım Günü kimi qeyd olunur.

Tariximizə nəzər salarkən görürük ki, Azərbaycan xalqı 200 il ərzində ermənilərin mütamadı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Onlar tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub. XX əsrdə ermənilər tərəfindən azərbaycanlılara qarşı bir neçə dəfə soyqırım və terror aktlarının törədilməsinə baxmayaraq, hər dəfə dünyanın aparıcı dövlətlərinin ermənilərin belə çirkin siyasətinə göz yummaları- mənfur qonşularımıza daha da stimul verib. Acınacaqlı haldır ki, dünya ictimaiyyəti hələ də bizə qarşı törədilən bu cür qırğınlar qarşısında susmağa üstünlük verir.

Biz keçmişi unutmamalı, tarixdən dərs götürməliyik. Xalqımıza qarşı bu kimi qanlı hadisələrin baş verməməsi üçün Azərbaycan xalqı bir olub düşmənlərinə qarşı dünyanın hər yerində mübarizə aparmalıdır!

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

"Biz keçmişi unutmamalı, tarixdən dərs götürməliyik"

Ən çox oxunanalar