Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bəzi müxalifət partiyaları qollara parçalandığı halda, YAP birləşdirici funksiya daşıyır"

Partiyamızın Yeni Azərbaycan Partiyasına (YAP) qoşulmaq qərarı birdən-birə verilməyib. Uzun müddət düşünəndən sonra bu qərara gəlmişik. Bu qərarımızın da əsas səbəbi odur ki, son dövrlərdə, ikinci Qarabağ savaşı və ondan sonrakı vaxtda YAP sədri, cənab İlham Əliyev eynilə bizim partiyanın məqsədinə, məramına uyğun olan addımlar atıb. İstər ölkədə institusional islahatların aparılması, istər 30 ilə yaxındır işğal altında olan torpaqların azad olunması, millətimizin şanlı zəfəri, istərsə də korrupsiyaya, məmur özbaşınalığına qarşı mübarizənin önündə məhz cənab Prezidentinin özünün getməsi, bu sahələrdə ciddi addımların atılması bizdə təbii ki, bu qərarın verilməsinə əsas səbəb oldu.

Bunu Trend-ə bu gün YAP-a qoşulan Milli Qurtuluş Partiyasının sədri Vüqar Oruc deyib.

O bildirib ki, mövqeyi həmişə milli-dövlətçilik maraqları daxilində ifadə olunub: "Bu qərar da yeni zamanın tələbidir. Yeni siyasi düzənin başlanğıcını özündə ehtiva edən bir qərardır. Hesab edirəm ki, bu məram ətrafında digər siyasi partiyalar da konkret mövqe ortaya qoymalıdır. Əgər bir qüvvə digər bir qüvvə ilə eyni məramı daşıyırsa, eyni düşüncədədirsə və məqsəd milli mənafelərə xidmət göstərməkdirsə, çalışmaq lazımdır ki, bu qüvvələr bir arada olsunlar. Bu baxımdan, hesab edirəm ki, bizim qərarımız mövcud maraqlarla uyğunluq təşkil edir".

V.Oruc vurğulayıb ki, bəzi müxalifət partiyalar öz daxilində parçalandığı və yaxud ayrı-ayrı qollara ayrıldığı halda, YAP birləşdirici funksiya həyata keçirir: "YAP-ın ətrafında birləşmək həm bu partiyanın yenilənməsinə, həm də digər eyniməramlı partiyaların bir arada cəmləşməsinə stimul olacaq".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar