Şənbə, 24 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

"Beynəlxalq ictimaiyyət Ermənistanın terrorçu qüvvələri Azərbaycana qarşı istifadə etməsinə adekvat reaksiya verməlidir"

"Azərbaycan Prezidenti İlham Əliyevin “Rossiya-1” telekanalına müsahibəsində və BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlar seqmentində çıxışı zamanı da qeyd etdiyi kimi, Ermənistan tərəfindən Yaxın Şərq ölkələrindən Azərbaycanın işğal olunmuş ərazilərinə terrorçuların və muzdluların gətirilməsi prosesi var ”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, uzun müddət ərzində Ermənistan tərəfindən bu siyasət həyata keçirilir: “Həmçinin bu terrorçular Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə ailələri ilə birlikdə gətirilərək onların məskunlaşdırılması həyata keçirilir. Həmin şəxslər Azərbaycana qarşı hərbi əməliyyatlarda da iştirak edirlər. Bu da Azərbaycanın ciddi narahatlığına səbəb olan məsələdir. Bununla bərabər, 1990-cı illərdə Ermənistan-Azərbaycan münaqişəsinin aktiv fazasında da muzdlulardan, terrorçulardan geniş şəkildə istifadə edilib. Burada ASALA terror təşkilatını, ARABO, ARAMA kimi terror qruplaşmalarını qeyd etmək lazımdır. Elə bu günlərdə Yaxın Şərq ölkələrindən erməni əsilli bir şəxs ASALA terror təşkilatının təmsilçisi olaraq Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycana qarşı vuruşduğunu özü etiraf edir. Azərbaycanın da narahatlıqları var və beynəlxalq ictimaiyyət tərəfindən də Ermənistanın bu kimi terrorçu qüvvələri Azərbaycana qarşı istifadə etməsinə adekvat reaksiya verməlidir”.

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Köçəryanın Moskvaya çağırılması Rusiyanın Paşinyana təzyiq elementlərindən biridir”

“İlk dəfədir Rusiya prezidentinin dilindən bu cür ifadə eşidirik” - Putinin Qarabağ açıqlamasına şərh

İşğaldan azad edilmiş şəhər və kəndlərimiz

Xankəndində ermənilər Azərbaycan Prezidentinin çıxışını belə izləyir

Şuşadan görüntülər yayıldı: Ermənilər şəhəri tərk edib - Video

Vilayət Eyvazov generalı vəzifəsindən azad etdi

Tonoyan Laçının müdafiəsinə şəxsən rəhbərlik etmək üçün Qarabağa gəlib

Ordumuza əsir düşən mayor erməni xalqına: “Uşaqlarınızı döyüşməyə buraxmayın” - Video

Pompeonun “barıt qoxusu” gələn sülh çağırışı

Azərbaycan Ordusu vacib ərazi və yüksəkliklər ələ keçirib - Rəsmi

loading...

Ən çox oxunanalar