Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bakıspirt"in sahibi kimdir? - Daha bir məmur haqqında sensasiyalı məlumatlar yayılıb...

Bakıda fəaliyyət göstərən, dəyəri 6 milyon manatı aşan "Bakıspirt" zavodunun da qeyri-rəsmi sahibi ilə bağlı sensasiyalı məlumatlar var...

PİA.az bir sıra saytlarda gedən məlumata istinadla xəbər verir ki, həmin zavodun rəsmi səhifəsində bu biznes şəbəkəsinin 2021-ci ildə yaradıldığı qeyd olunub. Məlumata görə, burada müxətlif çeşiddə spitrli işkilər hazırlanır.

Diqqətçəkən maraqlı məlumat isə bu zavodun da SOCAR-ın Təchizat İdarəsinin rəis müavini vəzifəsində işləyən Fuad Həziyevə məxsus olduğu deyilir.

Yayılan iddialardan biri də odur ki, Fuad Həziyev sahibi olduğu spirt zavodunda istehsal edilən içkiləri SOCAR-ın tabeliyində olan dənizdəki neft estakadalarına da göndərir. Halbuki, qanunla bu, qadağandır. Lakin əsas amal pul qazanmaq olduğundan burada da qanunlardan "yan keçilib".

Məlumata görə, məmurun spitrli işçki biznesi təkcə Bakıdakı bu zavodla da bitmir. QIsa zamanda bu sektorda parlayan cənab Həziyev xanımı Aytən Telman qızı Əzizovanın adına da İsmayıllı rayonunun Kürdmaşı kəndində şərab zavodu açıb.

Qeyd olunur ki, bütün bunları Fuad Həziyev vəzifəsindən sui-istifad etməklə qurub. Belə ki, məmur olmasına baxmayaraq, istər işlədiyi qurumda, istərsə də biznes fəaliyyətində Fuad Həziyev geniş maddi imkanlara və əlaqələrə sahiblənib.

Məlumata görə, rəis müavininin nəzarətində bir sıra tender layihələrində iştirak etmək üçün yaradılmış çoxsaylı MMC-lər var. Onların arasında "MACON" MMC, "CREATE İNDUSTRY" MMC, "FİRE SAFETY CASPİAN AZERBAİJAN" MMC,  "AZBEN İNŞAAT" MMC , "AZBENT LOGISTICS" MMC, "ASTRAVEL" MMC, "Ələsgərli N. F" və sairlərinin adları çəkilir.

Məlumata görə, o, bu MMC-lər vasitəsiylə bir çox dövlət qurumlarında "yüklü tenderlər"i də rahatlıqla "udulub".

Yayılan məlumatlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar