Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bakı-Tiflis-Qars dəmiryolu Türkiyənin iqtisadi Qafqaz siyasətidir"

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə yazır...

Beynəlxalq siyasi-hərbi münasibətlər sistemində davam edən
probelemlər dünyada yeni nizamın formalşamasına gətirib çıxaracaq. COVİD19 pandemiyası və bunun iqtisadi və siyasi münasibətlərə təsiri, ABŞ və Çin arasında yeni müstəvidə başlayan siyasi-ticari münaqişə kifayət qədər qlobal müstəvidə problemələr yol açacaq. Qeyd edim ki, qlobal müstəvidə aparıcılıq uğrunda bir neçə ölkə mübarizə aparır. Bunlar arasında daha fəal Türkiyədə var. Çünki, Türkiyənin yerləşdiyi coğrafiya Şərqlə Qərb arasında mühüm geosiyasi kəsişmədi və Yaxın Şərqdə davam edən müharibədə əsas faktordu.

Bundan əlavə Aralıq dənizində hakim mövqeyi və Liviyada maraqlar toqquşmasında öz mövqeyini möhkəmləndirməsi, Türkiyəni yaxın perspektivdə regional güc müstəvisindən daha da artıq mövqeyi güclənəcək. Liviyada davam edən müharibə böyük dövlətlərin maraq toqquşmasıdır və artıq Türkiyə rəsmi hakimiyyəti müdafiə etməklə, həlledici qələbə qazanır. Rusiya, ABŞAvropa artıq Türkiyənin Orta Şərqdə varlığını qəbul etməkdədirlər. Bir sözlə, Azərbaycanın təbii müttəfiqi Türkiyə beynəlxalq siyasi areanada yeni güc olaraq ortaya çıxır.

Türkiyənin Liviyada və Yaxın Şərqdə qələbə qazanması, bu ölkənin Cənubi Qafqazda maraqlarının müdafiəsini şərtləndirir. Çünki, Cənubi Qafqaz Türkiyə üçün gosiyasi strateji məkandı və buradan Mərkəzi Asiyaya çıxış imkanıdır. Ona görə də Türkiyənin qələbəsi yeni Qafqaz siyasətini gətirəcək.

Qeyd edim ki, Bakı-Tiflis-Qars dəmiryolu Türkiyənin iqtisadi Qafqaz siyasətidir və buradan Mərkəzi Asiyaya açılımıdır. Türkiyə faktoru region üçün önəmlidir və geosiyasi müstəvidə bu labüd olacaq.

Hazırda Rusiyanın bundan sonra iqtisadi müstəvidə güc qazanması mümkün deyil. Beynəlxalq siyasəti əvvəlki illər kimi aparıcı deyil. Artıq, regional çərçivəyə sıxışır. Baş verənlər Türkiyənin rolunu gücləndirə bilər. Bu da Qarabağ münaqişəsində Ankaranın rolunu artıracaq.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar