Cümə axşamı, 22 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

"Bakı-Ceyhanı “İsgəndər”lə vurmaq istədim - Paşinyan qadağan etdi..." - Şok açıqlama

44 günlük savaş boyu Azərbaycan əleyhinə təbliğat aparan “Varqonzo”nun sponsoru olan erməni əsilli Rusiya jurnalisti, “İzvestiya” qəzetinin direktorlar şurasının sədri Aram Qabrielyanov özünün erməni dilindəki “telegram-kanalı”nda Nikol Paşinyanın Rusiyanın “İsgəndər” komplekslərinin effektsizliyi ilə bağlı qalmaqallı açıqlamasına münasibət bildirib.

PİA.az xəbər verir ki, bu haqda qəsbkar Ermənistan mediası məlumat yayıb.

“...Təxminən bir ay əvvəl Moskvada Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanla mürəkkəb və uzun bir söhbət etdim. Mən hər şeyi deyə bilmərəm, amma Nikol bu unikal silah məsələsini qaldırırsa, Onikin dediklərindən sitat gətirəcəyəm...” – A.Qabrielyanov yazır.

Ardınca onun yazdıqlarından bəlli olur ki, müharibənin 3-cü günü Ermənistan Baş Qərargah rəisi Paşinyana Bakı-Ceyhan neft kəmərini “İsgəndər” raketi ilə vurmağı təklif edib. Lakin baş nazir bunu qəti şəkildə qadağan edib. Amma guya Rusiya rəhbərliyi belə bir təklifə “bu, sizin işinizdir, bu, sizin müharibənizdir” –deyə münasibət bildirib...

Azərbaycanın Şuşaya hücumundan 3 gün əvvəl Paşinyandan birbaşa Şuşanın kənarında olan böyük bir düşmən birləşməsinə 2 “İsgəndər”lə zərbə vurmaq üçün icazə istədim. Paşinyan isə “Eyni zamanda bir neçə min düşmən əsgərini öldürsək, beynəlxalq ictimaiyyət bizi lənətləyər” söyləyərək bunu da qəti şəkildə qadağan etdi. “İsgəndər”dən istifadə etməyimə yalnız Şuşa alınandan sonra icazə verildi. Mən ondan istifadə etdim. Bundan yararlanaraq bir neçə tankı şəhərə gətirdik. İki gündən sonra isə Şuşadan ayrılıb geri çəkilmək əmri aldım” – A. Qabrielyanın sözlərinə görə, O. Qasparyan belə deyib. (Moderator.az)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Bloger Mehman Hüseynov deputat Razi Nurullayevi biabır etdi - Fotolar

"Bu mən deyiləm, mənim nömrəm deyil" - Hüseynbala Mirələmovdan açıqlama

Məhkəmə sədrini polisə apardılar - General göstəriş verdi və... - Foto

Sabiq deputat, yazıçı Hüseynbala Mirələmovun əxlaqsızlığı sosial şəbəkələrdə - Video

Korrupsiya İdarəsi baş həkimləri saxladı: TƏBİB rəhbərliyində nə baş verir? - Baş Prokurorluqdan açıqlama - Yeniləndi

Nazirin töhmət verdiyi direktor necə şöbə müdiri olub?

ATV-dən Zaurun verilişinin bağlanması ilə bağlı açıqlama

Türk generaldan Ermənistana: “Səsinizi kəsin, yoxsa Göyçəyə də, İrəvana da girərik”

Nazirliyin vəzifəli əməkdaşı COVID-19-dan vəfat edib

"Aztelekom"ın rəhbərliyinə müvəqqəti təyinat olub - Yenilənib

10 yaşlı Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanovdan xəbər var

Həbs edilən baş həkim generalın qohumudur - Foto

Ən çox oxunanalar